Sakinlər sabitlikdən razılıq edir.
Oxu24.com bildirir ki, son günlər paytaxtın mərkəzi hissəsində, xüsusən də "Nizami" küçəsində axşam saatlarında guya milli-mənəvi dəyərlərimizə zidd hərəkətlərin baş verməsi və bu zaman polisin seyrçi mövqe tutması barədə sosial şəbəkələrdə yayılan şayiələrlə əlaqədar qeyd olunan ərazilərdə DİN Mətbuat Xidmətinin əməkdaşları müşahidə aparıb, sakinlərin münasibətini öyrənib. Şəhər sakinlərinin verdiyi cavablardan aydın olur ki, deyilənlər heç də həqiqəti əks etdirmir. Yerli sakinlər günün bütün saatlarında şəhərin mərkəzi küçəsində rahat və problemsiz gəzdiyini, heç bir maneə ilə rastlaşmadıqlarını qeyd ediblər.
Şəhərin əsas mərkəzi küçəsini hansı polis idarəsi mühafizə edir?Oxu24.com xəbər verir ki, "Tarqovı" adlandırılan Nizami küçəsi Səbail rayonu ərazisində yerləşdiyindən şəhərin bu hissəsinin təhlükəsizliyini də məhz Səbail Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirir. Həmçinin Səbail Rayon Polis İdarəsinin 39-cu və 9-cu polis bölmələrinin əməkdaşları şəhərin mərkəzi küçəsinin sabitliyinin qorunmasında fasiləsiz olaraq əhaliyə xidmət göstərir.
Oxu24.com saytının əməkdaşının müşahidəsinə görə, hətta zəruri hallar yarandıqda Səbail Rayon Polis İdarəsinin yüksək rütbəli əməkdaşlarını ərazidə görmək mümkündür.
Bəs şəhər sakinləri polisin işindən nə dərəcədə razıdır? Oxu24.com bununla bağlı bir neçə nəfərdən münasibət öyrənib.
Şəhər sakini Ülviyyə Novruzova bildirib ki, özü bu ərazidə yaşayır. Günün hansı saatında şəhərə çıxsa da polis əməkdaşlarının vətəndaşlarla nəzakətli davranışının şahidi olub.
" Özüm bu ərazidə yaşayıram. Demək olar ki, hər gün dostlarımla axşam gəzintisi edirik. Hər şey rahatdır. Polisin işinin başında olması bizim də rahat istirahətimizi təmin edir. Buna görə də onlara təşəkkür edirik. Onlar demək olar ki, yatmır. Günün 24 saatı əhalinin mühafizəsini təşkil etmək heç də asan məsələ deyil."
Sakinlərin sorğuda verdiyi cavabları təqdim edirik: Oxu24.com
ŞƏRHLƏR