Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yerüstü üçüncü metro stansiyası bu tarixdə AÇILIR 

Bakıda yerüstü üçüncü metro stansiyası bu tarixdə AÇILIR 

CƏMİYYƏT

90

03.03.2026, 10:14

Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

Oxu24.com  xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, yeni metro stansiyası “Dərnəgül” deposu ərazisində olacaq:

“Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq”.