Qaynar xətt:

(+99450) 247 90 86

Gənc sahibkar qəfil vəfat etdi

Gənc sahibkar qəfil vəfat etdi

CƏMİYYƏT

77

01.03.2026, 21:00

Gəncə şəhərində tanınmış sahibkar, “Karamel” qadın geyimləri mağazasının sahibi vəfat edib.

Oxu24.com xəbər verir ki 1982-ci il təvəllüdlü Fərid Əkbərovun iş yerində səhhətində qəfil problem yarandığı bildirilir. O, təcili tibbi yardım avtomobili ilə şəhərdə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, mərhumda yüngül soyuqdəymə əlamətləri olub. Onun daha sonra vəziyyəti qəfil ağırlaşıb və şoka düşüb.

Qeyd edək ki, Fərid Əkbərov 25 ildən artıq idi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Onun Gəncədə geyim satışı üzrə bir neçə mağazası fəaliyyət göstərirdi və şəhər ictimaiyyəti arasında tanınan simalardan biri idi.