Qaynar xətt:

(+99450) 247 90 86

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – II cəhd imtahanının vaxtı... 

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ – II cəhd imtahanının vaxtı... 

CƏMİYYƏT

82

25.02.2026, 20:17

Fevralın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirildi.

Oxu24.com  xəbər verir ki, nəticəsindən narazı olan və yaxud imtahanda iştirak etməyən bakalavrlar isə II cəhd imtahanına hazırlaşırlaşırlar.

Buna görə də onlar üçün mümkün zaman, imtahanın nə zaman keçiriləcəyi maraqlıdır.

Xatırladaq ki, 2024-cü ildə II cəhd imtahanı 28 apreldə, 2025-ci ildə isə mayın 11-də keçirilib.

Bəs bu il, magistraturaya qəbul imtahanı nə vaxt keçiriləcək?

Bizim.Media mövzuyla bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə sorğumuza cavab olaraq bildirib ki, magistraturaya qəbul üzrə II cəhd imtahanının may ayında keçirilməsi nəzərdə tutulur.

Qurum rəsmisi qeyd edib ki, imtahanın dəqiq günü müəyyənləşdikdə məlumat veriləcək.Bakupost.az