Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
24 Fevral 2026, 15:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
203
24.02.2026, 14:02
Bu günlərdə Cəlilabadda ikimərtəbəli evdə yanğın hadisəsi baş verdi.
Yanğın qısa müddətdə evi bürüdüyündən, bütün səylərə baxmayaraq, ev tamamilə yanaraq yararsız vəziyyətə düşdü. Bu tip hallar tez-tez baş verir və belə bədbəxt hadisələr zamanı vətəndaş çarəsiz duruma düşür. Vətəndaş neynəsin?
Mövzu ilə bağlı hüquqşünas Vüqar Dadaşov Oxu24.com -un suallarını cavablandırıb.
- Vüqar bəy, bu tip bədbəxt hadisələr nəticəsində vətəndaşın evi, obyekti dağılarsa, yanarsa, yararsız hala düşərsə, bunun bərpasını vətəndaş qarşılamalıdır yoxsa,dövlət?
-Bədbəxt hadisə nəticəsində vətəndaşın evi və ya obyekti dağılarsa, yanarsa, yararsız hala düşərsə və ümumiyyətlə istifadəsi mümkün olmayan vəziyyət yaranarsa, dəymiş ziyanın ödənilməsi ilə bağlı konkret qanun tələbi yoxdur. Çünki hər bir hadisə fərdi xarakter daşıyır və xüsusi yanaşma tələb edir. Bu yanaşma isə mülkiyyətin formasından, icarə münasibətlərindən, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən, sığortanın mövcudluğundan və digər hüquqi hallardan asılı olaraq dəyişir.
- Belə anladıq ki, hər evi dağılana, yanana dövlət kompensasiya ödəməli deyil…
-Məsələyə hüquqi qiymət vermək üçün ilk növbədə baş vermiş hadisənin səbəbləri aydınlaşdırılmalıdır. Əgər zərər təbii fəlakət - zəlzələ, sel, torpaq sürüşməsi, təbii yanğın və digər fors-major hallar nəticəsində baş veribsə, bu zaman ilk növbədə əmlakın sığortalanması məsələsi aktuallaşır. Əgər əmlak sığortalıdırsa, sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. Azərbaycan qanunvericiliyinə əsasən yaşayış sahələrinin icbari sığortası nəzərdə tutulur. Təbii ki, bu halda vətəndaşa dəymiş ziyanı sığorta qurumu ödəməlidir. Əgər sığorta yoxdursa, bu halda məsələni birbaşa dövlətin hüquqi məsuliyyəti kimi qiymətləndirmək və dövlətdən kompensasiya tələb etmək qanunla mümkün deyil. Belə hallarda dövlətin kompensasiya ödəməsi öhdəliyi yoxdur.
-Amma mənim yadımdadır ki, Kürdə daşqın baş verdi və müəyyən ərazilər su altında qaldı. Dövlət başçısı 19 may 2010-cu il tarixdə fərman imzaladı. Fərmana əsasən daşqınlar nəticəsində dəyən ziyanın hər tərəfli və obyektiv qiymətləndirilməsidən sonra daşqınların nəticələrinin aradan qaldırılması, eləcə də dəyən ziyanın müəyyənləşməsi, insanların mülkiyyət hüquqlarının bərpa olunması, onların yeni evlərlə təmin olunması, həmçinin, evlərinin bərpa olunması və kompensasiya verilməsi qərara alındı.
Həmçinin oxuyun
-Əlbəttə ki, bu belədir. Təbii fəlakətlər zamanı dövlət xüsusi proqramlar, layihələr, köçürmə və tikinti tədbirləri çərçivəsində əhaliyə yardım göstərə bilər. Bu isə hüquqi məsuliyyət forması deyil, dövlətin sosial siyasət qərarıdır, kursudur. Dövlət qurumunun fəaliyyəti nəticəsində vətəndaşın əmlakına zərər dövlət qurumunun fəaliyyəti və ya səhlənkarlığı nəticəsində dəyibsə, bu halda hüquqi məsuliyyət yaranır və kompensasiya artıq hüquqi öhdəlik formasını alır. Bu prinsip Azərbaycan Respublikası Konstitusiyası və mülki qanunvericiliyin ümumi müddəalarına əsaslanır, tənzimlənir.
-Tutaq ki, vətəndaşın evinə çəkilən qaz, su və yaxud elektrik çəkilişi zamanı, və yaxud sonradan yaranan yarıtmaz işin nəticəsində ev, yaxud obyekt yararsız hala düşür. Vətəndaş nə etməlidir?
-Söhbət tək inzibati və ya hər hansı bir dövlət qurumundan getmir. Qanunsuz və ya səhlənkar hərəkət nəticəsində vətəndaşa zərər vurarsa, həmin qurum formasından asılı olmayaraq həmin zərəri kompensasiya etməlidir. Məsələn: Elektrik enerjisinin təchizatında gərginliyin artması və ya düşməsi nəticəsində əmlak yararsız hala düşərsə; qaz və ya su təchizatındakı nasazlıq yanğına və ya digər qəzalara səbəb olarsa; infrastruktur qəzası nəticəsində mülkiyyətə zərər dəyərsə - bu hallarda ziyanı yaradan qurum məsuliyyət daşıyır və kompensasiya etməyə borcludur. Hətta, elektrik gərginliyinin sıçraması, düşməsi nəticəsində mənzildə, obyektdə məişət texnikasının sıradan çıxmasına səbəb olursa bu halda da kompensasiyanı qurum ödəməyə borcludur.
-Ola bilər ki, “səhlənkar” qurum kompensasiya etməkdən qətiyyətlə imtina etsin?
-Ümumiyyətlə, qurum dəymiş ziyanı könüllü ödəməkdən imtina edirsə və ya müxtəlif bəhanələrlə yayınmağa çalışırsa, bu halda əmlak sahibi və ya əmlakın sərəncamı, icarəsi olan şəxs hüquqi prosedurlara əməl etməklə məhkəmə qaydasında ziyanın ödənilməsini tələb edə bilər.
-Vətəndaş bu prosesdə hansı sənədlərdən istifadə edərək haqqını tələb edə bilər?
-İlk növbədə quruma ziyanın ödənilməsi ilə bağlı tələb, pritenziya verilməli, kompensasiyanın ödənilməsi üçün vaxt verilməlidir. Bir ay müddətində qurum, tələbləri icra etməsə, o halda vətəndaş dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Nəticə olaraq vətəndaşın əmlakına dəymiş ziyanın ödənilməsi məsələsində hər bir hadisə səbəb-nəticə əlaqəsi, müqavilə şərtləri və hüquqi faktlar, sığorta əsasında ayrıca qiymətləndirilir.
-Vüqar müəllim, geniş və əhatəli izahata görə təşəkkür edirik!
Əntiqə Rəşid
15:48 / 24 Fevral 2026
10
15:40 / 24 Fevral 2026
44
15:36 / 24 Fevral 2026
21
15:05 / 24 Fevral 2026
42
14:52 / 24 Fevral 2026
65
14:40 / 24 Fevral 2026
47
14:28 / 24 Fevral 2026
44
14:08 / 24 Fevral 2026
730
14:02 / 24 Fevral 2026
50
13:48 / 24 Fevral 2026
243
13:43 / 24 Fevral 2026
55
13:07 / 24 Fevral 2026
227
12:52 / 24 Fevral 2026
798
12:42 / 24 Fevral 2026
65
12:38 / 24 Fevral 2026
586
12:35 / 24 Fevral 2026
94
12:32 / 24 Fevral 2026
75
12:26 / 24 Fevral 2026
57
12:13 / 24 Fevral 2026
239
12:10 / 24 Fevral 2026
164
12:03 / 24 Fevral 2026
174
11:57 / 24 Fevral 2026
79
11:55 / 24 Fevral 2026
931
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.