Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15342
az

Dünya öpüş günüdür – Rekord isə 58 saatdır

23:2106 İyul, 2019
741
CƏMİYYƏT
  • A
Bu gün Ümumdünya öpüş günüdür.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki,  bu bayram Britaniya adalarında milli öpüş günü kimi yaransa da, daha sonra ümumdünya statusu qazanıb.

Bununla bağlı dünya elmində filematologiya adlı yeni təlim də yaranıb. Bu təlim insan öpüşünün fizioloji, psixoloji və digər xüsusiyyətlərini öyrənir. Alimlər müəyyən edib ki, iki sevgilinin öpüşməsi təkcə emosional hiss yaratmır, həm də bir sıra hormonların fəaliyyətini gücləndirir.

Tədqiqatçılar iddia edirlər ki, öpüşmə arıqlamağa da kömək edir. Onların hesablamalarına görə, 2 dəqiqəlik ehtiraslı öpüş zamanı 2 kalori yanır. Öpüş qırışların profilaktikası üçün də əla vasitədir: o, üzün 30-a yaxın əzələsini hərəkətə gətirir. Bundan başqa, öpüş ağciyərlərin işini yaxşılaşdırır, kariesin profilaktikası hesab edilir.

Müxtəlif yaş qruplarına aid olan 100-dən çox cütlük üzərində aparılan müşahidələr göstərib ki, ideal öpüşün müddəti 3 dəqiqədir
Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir - "ən uzun öpüş", "ən gözəl öpüş" və s.

Qeyd edək ki, ən uzun öpüş rekorduna 2013-cü ilin fevralında Tailandda Ekkaxay və Laksana imza atıb. Onlar 58 saat 35 dəqiqə 58 saniyə öpüşməklə Ginnesin Rekordlar Kitabına düşməyi bacarıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri
Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?
Dadlı qəhvəni necə dəmləmək olar?

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var