Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15324
az

DİQQƏT: Artıq bu cərimələr kameralara yazılacaq

12:0706 İyul, 2019
795
CƏMİYYƏT
  • A
 

 Bu ildən texniki baxışdan keçməyən avtomobillərə tətbiq edilən cərimə kameralarla yazılır. Son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sürücüyə 50 manat cərimə yazılacaq.

Oxu24.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov son günlər texniki baxışa görə cərimə edilən sürücülərin sayının həddən artıq çox olması ilə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, sürüclər bir qədər diqqətli olsalar, 50 manat cərimə olunmazlar:

"Bu aralar sürücülər avtomobillərinin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olsun. Cərimə olunanların sayı həddən artıq çoxdur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir

 Texniki baxış vaxtını "Asanpay.az"da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarından və ya DYP şöbələrindən soruşun.

Diqqətli olun ki, cərimə olunmayasınız. Bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri
Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?
Dadlı qəhvəni necə dəmləmək olar?

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var