Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15260
az

Bir xəstədən 5 kq parazit tökən 2 bitki qarışımı - Bütün qurd dərmanlarından güclü resept

18:2504 İyul, 2019
1272
  • A
Yovşan və dağtərxunu (pijma) qurd, parazit əleyhinə ən qədim, ən güclü vasitələr hesab olunur. Deyilənə görə, Stalin dövründə yay tətilindən məktəbə qayıdan məktəbliləri elə ilk dərs günü məktəbin tibbi məntəqəsində düzüb bu otlardan bir qaşıq uddurub su içirirdilər. Bu prosedur 1 həftə davam edirdi. Daha sonra uşaqlar sabahı onlardan çıxan, tökülən qurdlardan bir-birinə bəhs edirdi. Bununla da uşaqların yaydan orqanizminə düşən və siniflərdə bir-birinə çirkli əl, ağız suyu ilə yoluxa biləcək parazit yayılmasının qarşısı alınırdı.

Oxu24.com medicina.az-a istinadən sınanmış və hətta bir xəstədən 5 kq ölü qurd tökən qarışımın reseptini təqdim edir. Bəli, bu bitkilər qurdları daxildə öldürür. Hələ elə bir qurd növü yoxdur ki, yovşanın zəhərinə tab gətirsin.

Bu bitkiləri bazardan və ya aptekdən tapa bilərsiz, rus dilində polın və pijma adlanır.

Hər iki otdan 200 qr götürüb, narın edir və bankaya ayrılıqda yığırsız. Otlar quru olmalıdır. Hər gün yeməkdən 10 dəqiqə əvvəl bir çay qaşığı qarışımı yovşanı qəbul edirsiz, ardıyca da dağtərxununu. Üstündən bir stəkan su içirsiz. Çox acı olsa, suya bal qata bilərsiz. 10 dəqiqə sonra yemək yeyirsiz. Otlar çox acıdır, acılıq boğazda bir müddət qalır. Kurs 14 gündür.

Bu ərəfədə ət, yağlı yeməklər, qatıq və s. yeyilmir. Uşaqlar üçün doza yarım çay qaşığıdır.

Elə birinci gündən tualetdə bağırsaqdan çox miqdarda ağ selik, axıntı, qurd ölüləri töküldüyünü görəcəksiz. Qarın ağrısı, sancısı mümkündür. Bu zaman spazmaqolik qəbul edin.
Hesablamalara görə, 50-60 kq çəkidə insanda 3-5 kq qurd ola bilər.

Hamilələrə, yeni doğmuşlara, yeni əməliyyat olanlara olmaz

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi