Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15237
az

Alxanlı FACİƏSİ: Zəhranın qətlindən 2 il ötür

12:0604 İyul, 2019
685
CƏMİYYƏT
  • A
 
Azyaşlı Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən iki il ötür.

Oxu24.com  xəbər verir ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub. Məlum hadisə ilə bağlı bir çox ölkələrdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyaları keçirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Axırda qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alacağıq” - Erməni deputat
Bu yolda sürət həddi endirildi
Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?