Piyada keçidi, yoxsa ölüm zolağı? - VİDEO
08 Fevral 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
237
08.02.2026, 19:03
Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə 30 min manatadək cərimə tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsində bununla bağlı dəyişikliklər fevralın 1-dən qüvvəyə minib.
Oxu24.com xəbər verirki ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.
Həmçinin oxuyun
Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Bununla yanaşı, Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 6 min manatməbləğində cərimə ediləcək.
Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək
22:05 / 08 Fevral 2026
44
21:44 / 08 Fevral 2026
53
21:26 / 08 Fevral 2026
91
21:07 / 08 Fevral 2026
76
20:44 / 08 Fevral 2026
77
20:31 / 08 Fevral 2026
111
20:23 / 08 Fevral 2026
2128
20:17 / 08 Fevral 2026
187
19:58 / 08 Fevral 2026
149
19:37 / 08 Fevral 2026
122
19:24 / 08 Fevral 2026
211
18:15 / 08 Fevral 2026
181
17:45 / 08 Fevral 2026
209
17:30 / 08 Fevral 2026
289
17:26 / 08 Fevral 2026
362
17:16 / 08 Fevral 2026
263
17:13 / 08 Fevral 2026
3041
17:09 / 08 Fevral 2026
824
17:02 / 08 Fevral 2026
772
16:59 / 08 Fevral 2026
691
16:57 / 08 Fevral 2026
177
16:56 / 08 Fevral 2026
216
14:55 / 08 Fevral 2026
1309
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.