Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15195
az

Azərbaycanda "Facebook"un bazar payı artıb

16:0203 İyul, 2019
459
CƏMİYYƏT
  • A
 Bu ilin iyun ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı may ayı ilə müqayisədə 13,4 faiz bəndi artıb.

APA-Economics”in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyulun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 59,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 85,5 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyun ayı ərzində 20,6 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin iyulun 1-nə 13,8% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 32 faiz bəndi çoxdur.

Bu ilin iyun ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 11 faiz bəndi azalıb. İyulun 1-nə olan məlumata əsasən, "YouTube" Azərbaycan sosial media bazarında 13% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: "Twitter" – 7,3%, "Instagram" – 4%, "VKontakte" – 1%, "Google+" – 0,34% və s. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Azərbaycanda tanınmış həkim vəfat etdi -FOTO

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü