Qaynar xətt:

(+99450) 247 90 86

Bu göbələyi yeyənlərin gözünə balaca insanlar görünür

2021/10/22/1634930878_gobelek_91634906408-1.jpg

CƏMİYYƏT

156

04.02.2026, 08:48

Bəzi göbələk növləri zəhərli maddələr ehtiva edir və düzgün istehlak olunmadıqda ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

 

Oxu24.com bildirir ki, Çinin Yunnan əyalətində bazarlarda satılan bir növ göbələk onu yeyən şəxslərdə halüsinasiyalar yaradır. Belə ki, bu göbələyi istehlak edənlər gözlərinə miniatür – cırtdan insan fiqurlarının göründüyünü bildirirlər.

 

Halüsinasiyaya səbəb olan bu göbələk Lanmaoa asiatica adlanır. Yunnan əyalətində yetişən və mövsüm zamanı bazarlarda geniş şəkildə satılan bu növ düzgün bişirilmədikdə psixoloji təsirlərə yol açır. Hər il yüzlərlə insan bu səbəbdən tibbi yardıma müraciət edir.

 

Boletaceae ailəsinə aid olan Lanmaoa asiatica xüsusilə diqqətlə hazırlanmalıdır. Mütəxəssislər bu göbələyi istehlak edərkən spirtli içkilərlə birlikdə qəbul edilməsinin təhlükəli olduğunu vurğulayırlar. Çində həm restoranlarda, həm də evlərdə geniş istifadə olunan bu göbələyin nümunələri onun təsirlərini araşdırmaq məqsədilə mütəmadi olaraq toplanır.

 

Yerli hakimiyyət orqanları iyun–avqust aylarını əhatə edən göbələk mövsümündə zəhərlənmə halları ilə bağlı əhaliyə SMS vasitəsilə xəbərdarlıqlar göndərir. Buna baxmayaraq, hər il yüzlərlə zəhərlənmə faktı qeydə alınır. Artıq yerli xəstəxanalardakı həkimlər göbələk zəhərlənməsi hallarına öyrəşiblər.

 

Qeyd edək ki, 2023-cü ildə ABŞ Maliyyə naziri Pekinə səfəri zamanı düzgün bişirilmədikdə halüsinasiyaya səbəb olan bu göbələkdən dörd porsiya istehlak edib. Nazir göbələyin dadının çox yaxşı olduğunu bildirib.

 

Görünür, məhz bu səbəbdən çinlilər risklərə baxmayaraq bu zəhərli göbələkdən imtina etmirlər.Sfera.az