Əmtəə bazarlarında qızılın qiyməti artıb
14 Noyabr 2026, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
686
02.02.2026, 10:16
Bu gün Milli Məclisin ilk yaz sessiyasının iclası keçiriləcək.
Oxu24.com xəbər verir ki, ilk iclasın gündəliyinə 16 məsələ daxil edilib. Deputatlar aşağıdakı məsələləri müzakirə edəcəklər:
1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə).
2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə).
3. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı.
4. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında.
5. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında.
6. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
8. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
13. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
14. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
15. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
16. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).Ölkə.az
09:59 / 14 Noyabr 2026
3
09:46 / 14 Noyabr 2026
25
09:30 / 14 Noyabr 2026
46
09:29 / 14 Noyabr 2026
90
09:23 / 14 Noyabr 2026
82
08:09 / 14 Noyabr 2026
1124
01:15 / 14 Noyabr 2026
155
00:40 / 14 Noyabr 2026
311
00:02 / 14 Noyabr 2026
1135
23:58 / 13 Noyabr 2026
161
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
167
23:28 / 13 Noyabr 2026
161
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
421
23:09 / 13 Noyabr 2026
183
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
330
22:53 / 13 Noyabr 2026
163
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
153
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.