ŞAD XƏBƏR: Bayrama görə bu şəxslərə 500 manat veriləcək
13 Mart 2026, 23:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
15277
01.02.2026, 17:21
Qlobal maliyyə bazarlarında son aylarda müşahidə olunan proseslər dünya iqtisadiyyatında yeni risk mərhələsinin başlandığını göstərir.
ABŞ dollarının əsas valyutalara qarşı sürətlə dəyər itirməsi artıq texniki dalğalanma kimi yox, strateji tendensiya kimi qiymətləndirilir. Donald Trampın zəif dolları açıq şəkildə dəstəkləyən açıqlamaları, ABŞ-yə olan institusional etimadın zəifləməsi, geosiyasi gərginliklər və investorların dollardan qaçaraq qızıl və digər “təhlükəsiz limanlara” yönəlməsi bu prosesin daha da dərinləşə biləcəyini göstərir.
Belə bir şəraitdə dolların uzunmüddətli zəifləməsinin Azərbaycan kimi valyuta siyasəti dollar üzərində qurulan ölkələr üçün hansı nəticələr doğura biləcəyi xüsusi aktuallıq kəsb edir.
Oxu24.com xəbər verir ki,Mmövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dolların qlobal zəifləməsi ilk baxışda Azərbaycan üçün təhlükəli görünməsə də, proses uzandıqca risklər daha aydın şəkildə üzə çıxmağa başlayacaq.
Onun sözlərinə görə, əsas problem manatın məzənnə mexanizmi ilə bağlıdır:
“Manat dollara sabitləndiyi üçün dolların avro və digər əsas valyutalara qarşı ucuzlaşması manatın real effektiv məzənnəsinin möhkəmlənməsi deməkdir. Bu isə idxalın ucuzlaşmasına səbəb olsa da, ixrac üçün ciddi mənfi nəticələr yaradır.
Azərbaycan iqtisadiyyatında qeyri-neft ixracının zəif olduğu bir şəraitdə manatın bahalaşması bu sektoru daha da çətin vəziyyətə salır. Yerli istehsalçılar Avropa və digər bazarlarda qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkir, nəticədə ixrac həcmləri azalır və tədiyyə balansında qeyri-neft kəsiri dərinləşir. Bu proses uzunmüddətli olarsa, iqtisadi artım tempinə də mənfi təsir göstərə bilər”.
Natiq Cəfərlinin sözlərinə görə, dolların zəifləməsi neft gəlirləri baxımından da ziddiyyətli təsirlər yaradır:
Həmçinin oxuyun
“Qısamüddətli dövrdə neftin dollar ifadəsində qiymətinin artması mümkündür. Bu, dövlət büdcəsi və Dövlət Neft Fondu üçün müəyyən rahatlıq yarada bilər. Lakin dolların zəifləməsi qlobal iqtisadi durğunluqla paralel gedərsə, enerji tələbatının azalması ehtimalı yüksəlir. Bu halda neft qiymətlərindəki artım davamlı olmur və Azərbaycan üçün gəlir riskləri yenidən gündəmə gəlir.
Maliyyə sektorunda da dəyişikliklər qaçılmazdır.
Dolların gəlirliliyinin azalması əhalinin və investorların davranışına təsir göstərə bilər. Dollarla saxlanılan əmanətlərin bir hissəsi avroya, qızıla və digər alətlərə yönələ bilər ki, bu da bank sistemində valyuta strukturunun dəyişməsinə səbəb olar. Eyni zamanda psixoloji faktorlar güclənərsə, valyuta bazarında əlavə təzyiqlər formalaşa bilər”.
Ekspert bildirib ki, ən həssas məsələ isə yeni devalvasiya ehtimalıdır:
“Hazırkı mərhələdə dolların zəifləməsi birbaşa olaraq manatın devalvasiyasına səbəb olmur. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var və bu, qısa müddətdə məzənnəni qorumağa imkan verir. Lakin risklər tamamilə istisna edilmir. Əgər dollar uzun müddət zəifləyərsə, manatın real dəyəri həddindən artıq möhkəmlənərsə və bu fonda ixrac azalaraq büdcə və tədiyyə balansında problemlər yaranarsa, orta müddətli perspektivdə məzənnə ilə bağlı qərarlar yenidən gündəmə gələ bilər”.
İqtisadçının fikrincə, əsas təhlükə ani devalvasiyada deyil, iqtisadiyyatın dollar asılılığının qalmasındadır:
“Bu asılılıq davam etdikcə qlobal valyuta dalğalanmaları avtomatik olaraq Azərbaycana da ötürülür. Ona görə də dolların zəifləməsi fonunda əsas prioritet qeyri-neft sektorunun gücləndirilməsi, ixracın diversifikasiyası və manatın real effektiv məzənnəsinin iqtisadi əsaslarla tənzimlənməsi olmalıdır. Əks halda, bu gün təhlükə kimi görünməyən proseslər gələcəkdə daha ciddi makroiqtisadi çağırışlara çevrilə bilər”.
00:07 / 14 Mart 2026
160
23:57 / 13 Mart 2026
708
23:55 / 13 Mart 2026
51
22:32 / 13 Mart 2026
69
22:29 / 13 Mart 2026
57
21:42 / 13 Mart 2026
105
21:37 / 13 Mart 2026
107
21:26 / 13 Mart 2026
309
21:22 / 13 Mart 2026
105
21:14 / 13 Mart 2026
1182
20:54 / 13 Mart 2026
79
20:25 / 13 Mart 2026
75
20:04 / 13 Mart 2026
1009
19:41 / 13 Mart 2026
113
19:30 / 13 Mart 2026
156
19:17 / 13 Mart 2026
276
18:55 / 13 Mart 2026
1551
18:50 / 13 Mart 2026
110
17:40 / 13 Mart 2026
207
17:34 / 13 Mart 2026
116
17:25 / 13 Mart 2026
159
17:24 / 13 Mart 2026
130
17:20 / 13 Mart 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.