Qaynar xətt:

(+99450) 247 90 86

Bu 9 Qida Bədəni MƏHV EDİR - Marketlərdən Almayın! 

Bu 9 Qida Bədəni MƏHV EDİR - Marketlərdən Almayın! 

CƏMİYYƏT

932

31.01.2026, 23:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yaşamaq üçün yemək...” Bəli, həyatın bizdən tələb etdiyi enerjini qazanmaq və bərpa etmək üçün yeməliyik. Amma çox adam bilmir ki, alıb soyuducusuna doldurduğu qidalar onu az-az öldürür.  Elə qidalar var ki, hətta heyvanlara da ziyandır.  Bəli, bu gün sizə marketlərdən daşıdığımız “Zərərli qidalar”dan danışacam. 

Orqanizmə zərər verən qidalar. 

Dadlandırıcılar, rəngləndiricilər... Bunlar xərçəng yaradacaq qidalar siyahısına daxil edilən inqridientlərdir. Amma bunlardan qorxmaqla iş bitmir. Zərərli qidalar siyahısından, heç olmasa, bir qismi ilə tanış olmalısınız ki, öz sağlamlığınızın qeydinə qalasınız. 

Quru meyvələr.  Faydalarını görmək üçün yalnız öz  əllərinizlə hazırladığınız, öz bağınızdan topladığınız meyvələrin qurusunu yeyin.  Əlbəttə ki, bu məhsullarda qısa zamanda qurdlar, mikroorqanizmlər peyda olacaq.  Çünki ona əlavə heç nə qatılmayıb.  Mağazada satılan quru meyvələrə isə kükürd turşusu və ya xüsusi qaz vurulur ki, rəf ömrü uzun olsun.  Ona görə də, bu məhsulları yeməzdən əvvəl qaynar suda islağa qoymalı, zəhərin böyük hissəsinin suya çıxmasını gözləməlisiniz. 

Marqarin. Bitki yağının yüksək temperaturda emala məruz qalması ilə əldə edilir. Yəni, hidrogenləşdirmə aparılır. Nəticədə, marqarinin tərkibində trans yağların miqdarı çox olur.  Hidrogenləşdirmə prosesində 30% molekul öz quruluşunu dəyişir, təbii analoqundan çox fərqlənir. Bunlar maddələr mübadiləsindən keçmir, orqanizm tərəfindən mənimsənilmir, elə yığılıb qalır, xolesterola çevrilir. Sonda isə damarların divarlarına yapışır və damar tıxanıqlığı əmələ gətirir. Damar tıxanıqlığı ürək problemlərinin yaranma səbəblərindən biridir. 

Kolbasalar. Gəlin razılaşaq ki, mağazada təbii ətdən hazırlanan kolbasaya rast gəlmək o qədər də asan deyil. Bəli, kolbasaların hazırlanmasında süni ətdən, dadlandırıcılardan geniş istifadə edilir. Əksər kolbasaların  tərkibindəki ən təbii şey donuz dərisi, donuz piyi, eləcə də, digər heyvanların  ət kimi satışa çıxmayan bədən hissələridir.  Bundan əlavə, istehsalçılar məhsula 25-30% transgen duzlar, konservantlar, stabilizatorlar, dadlandırıcılar, rəngləndiricilər kimi kimyəvi maddələr də əlavə edirlər. Mütəmadi olaraq, qəbul edilən kolbasa məhsulları piylənməyə səbəb olur, ürək problemlərinə zəmin yaradan damar tıxanıqlığı əmələ gətirir. 

Süzülmüş qatıq və şor. Arıqlamaq üçün pəhrizlərə daxil olan bu məhsulların tərkibində nişasta, şəkər və şəkər əvəzediciləri var.  Biz bu tərkibin orqanizmə faydalı olduğunu düşünürük. Amma sözügedən komponentlər orqanizm tərəfindən mənimsənilmir.  Desert kimi yeyilən süzmə şorun tərkibində, demək olar ki, şor yoxdur. Onu quru süddən, bitki yağından və dadlandırıcıdan hazırlayırlar.  İstehsalçıların heç eyninə də gəlmir ki, qısa müddətdə arıqlamağınıza kömək edən bu məhsul sonradan sizi sürətlə kökəldə bilər.  Bəli, müxtəlif qida əlavələri və karbohidratlarla zəngin olan bu məhsul maddələr mübadiləsinin sürətini azaldır.  “Tərkibində kalori azdır” cümləsinə arxayın olan insanlar bəzən bu cür məhsulları iki dəfə çox yeyirlər.  Bu məhsulların daimi qəbulu vitamin çatışmazlığına gətirib çıxarır.  

Konserv ətlər və balıqlar.  Konserv edilmiş balıqların ziyanı faydasından çoxdur.  Çünki balıqların uzun müddət öz dadını saxlaması üçün istehsalçılar onlara xeyli sayda qida əlavələri vururlar. Bu əlavələrin hamısı kimyəvi olduğundan orqanizmə, xüsusilə, maddələr mübadiləsinə zərər vurur. Bəzən konserv balıqlara benzo(a)piren də vururlar ki, bu, birbaşa onkoloji xəstəlik yaradır.  Üstəlik, konservlərdə gündəlik duz normasından dəfələrlə çox duz olur. 

Tez hazırlanan makaron və kartof məhsulları. Sürətli həyatın içində bu cür qidalar zamana qənaətdə  ideal variantlardır. Mütəmadi olaraq, qəbul edilən bu cür qidalar həzm sisteminin işini pozur.  Bu qidalar, sadəcə, kaloridir. Tərkibində orqanizmin ehtiyacı olan faydalı məhsullar cüzi miqdardadır. Ona görə də, tez hazırlanan qidaları yeyənlər tez kökəlir, amma yedikdən yarım saat sonra təkrar aclıq hissinə qovuşur. Tez hazırlanan yeməklərə dad və ətir verən kimyəvi əlavələrdir.  Bu əlavələr qaraciyəri gücə salır, mədə-bağırsaq traktatında problemlər yaradır, böyrəkdə daş əmələ gəlməsini sürətləndirir, allergik reaksiyalara səbəb olur, sinir sistemini zədələyir və onkoloji xəstəliklərə tutulma riskini yüksəldir. 

Ketçup və mayonez. Bəzi yeməklərin, fast-foodların yanının yaraşığı olan bu souslar soyucudumuzdan əksik olmur.  Əgər bu məhsulları özünüz evdə hazırlasanız, heç bir ziyanı olmaz. Sadəcə, istifadə müddəti az olar.  Rəf müddəti illərlə olan məhsullar zərərlidir.  Mağazada satılan ketçup emulqatorların, konservantların, satbilizatorların məcmusudur. Həmçinin, onun tərkibində yüksək miqdarda rəngləndirici və şəkər də var. Mayonez trans yağlardan  ibarətdir. Onlar da, öz növbələrində, immun sistemini zəiflədir, diabet riskini yüksəldir.

Qar yağacaq,dolu düşəcək -Sabahın havası

12:52 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qar yağacaq,dolu düşəcək -Sabahın havası

87

0
DİN açıqladı: Nicat Azadlıya cinayət işi açılıb

12:39 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

DİN açıqladı: Nicat Azadlıya cinayət işi açılıb

145

0
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib 

12:36 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib 

59

0
Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA  

12:34 / 02 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA  

78

0
Divanü Lüğat-it-Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık-Göldə yaşadılacaq  

12:31 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Divanü Lüğat-it-Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık-Göldə yaşadılacaq  

70

0
Qaxda 7 kq narkotik aşkarlanıb 

12:29 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qaxda 7 kq narkotik aşkarlanıb 

68

0
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən avtomat aşkarlanıb - FOTO 

12:25 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən avtomat aşkarlanıb - FOTO 

64

0
Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib 

12:21 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib 

66

0
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır 

12:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır 

64

0
Yüksək vəzifəyə təyinat oldu   —   FOTO

12:06 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək vəzifəyə təyinat oldu   —   FOTO

216

0
Hikmət Hacıyev: Azərbaycan sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir 

12:05 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev: Azərbaycan sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir 

75

0
Azərbaycanda pul bazası 15 %-dən çox artıb 

12:04 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda pul bazası 15 %-dən çox artıb 

57

0