Azərbaycanda ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
694
31.01.2026, 21:46
Tanrı təkdir.
Hər kim Tanrıdan qut (bəxt) arzulamış olduğu vəziyyətdə, başqasına yalvarmasın.
Bir El, bir Xaqan, bir Tanrı.
Bir qına iki qılınc girməz, bir xatun iki ər ala bilməz, bir xalqda iki Törə ola bilməz,
Törə təkdir. Törə dəqiq doğru, kəskindir. Kim Törəyə tabe olsa təbrik edilər, kim Törəyə uymaz qarşılığını alar.
İnsanlar Törədən üstün deyillər. Birlik, bərabərlik üçün Törə budur.
Çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan xalqından soruşular.
Hər ər xanımına, atına, qılıncına sahib çıxacaq.
Ana-Ataya, əcdada hörmət ediləcək.
Qan və niqah qohumlarına sarılacaq, qonşusuna qayğı göstərəcək.
Ər adam yalan danışmayacaq.
Mal oğurlayan, ev yağmalayan qat-qat çox ödəyəcək. etdiyini malıyla, canıyla soruşulacaq.
Xanımlara təcavüz edənlər canından olacaqlar.
Hər kim olur, olsun, səhv, aldadıcı iş edər, etdiyi işə yerindəcə soruşulacaq.
Müharibədən qıraq duran, qaçan cəhənnəmə vasil olacaq.
Aman diləyənə qılınc üşürülməyəcək, sığınana arxa çevrilməyəcək.
Baş qaldıranın başı alınacaq, haqq istəyənin haqqı veriləcək.
Birisi başqalarına üstünlük etməyəcək. Ağ ətin qaradan, qaranın altından, altının sarıdan fərqi olmayacaq.
Kin, üstünçülükdən uzaq olunacaq.
Müdafiəsizə acıma, mərhəmətsizə mərhəmətsizlik olacaq.
Gücsüzə, yaralıya, uşağa, xanıma əl qaldırılmayacaq.
Qızı istəyən xaqan olanda, bəy olanda belə qız istədiyinə veriləcək.
Vacib olmadan ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.
Bilməyib bildim deməyəcəksən, bilənə məsləhətini istəyəcəksən.
Bu günün işini sabaha buraxmayacaqsan.
Səhv görməyəcək, səhv axtarmayacaqsan.
Qüvvətli olanda bağışla, qüvvətsiz olanda səbirli ol.
Taleyinə üsyankar olmayacaqsan.
Etdiyin yaxşılığını unut, edilən yaxşılığı unutma.
Hamı düzgünlükcə iş görəcək.
Hər nə edirsən et, mühakimə ediləcəyini həmişə ağlında tut.
Millətinə yad qalma, ipəyin yaxşısına, sözün gözəlinə aldanma, onlara boyanma.
Xaqan odur, düzgünlüyü üstün tutsun, Törəni yaşatsın, Törə yox olanda, el yox olar, el olmayanda, xalq qul olar.
Ey Türk, Oğuz bəyləri, ey Millətim eşidin! Üstdə göy çökmədikcə, altda yer dəlinmədikcə, sənin Elini və Törəni kim poza bilər?
Göytürk Xaqanlığı dövründə Bilgə Xaqan adını daşıyan, Şimali Monqolustanda yerləşən Orxun-Yenisey abidələrinin dikili daşlarında Türk Törəsinin bir parçası yazıldığı bildirilir. Əlbəttə ki, hər hansısa dinin və yaxud nomun qayda-qanunun olması da təbii hal idi. Bununla belə bəzi dindaşlarım uydurma modern Göy Tengri fikrini Türkiyədə ortaya atırlar. Heç kimsə Tanrıdan gələn bu dini özünə görə dəyişə bilməz. Biz dinimizi öyrənib, öyrədib və olduğu kimi təbliğ etməliyik. Türkün bu qədim dini əgər yaşayacaqsa orjinal şəkildə yaşamalıdır. Türkiyədə LGBT hüquqlarını müdafiə edənlər də guya bu iyrənc yaşayış tərzinin Göy Tanrı dinində olduğu haqqında böhtan xarakterli məlumat paylaşıb. Halbuki, belə yanaşma bizdə ola bilməzdi. Çünki, Törə və Türük sözləri törənmək sözündən yaranıb.
İmza: Ceyhun Ərmən Vedili
14:03 / 02 Oktyabr 2026
1
13:57 / 02 Oktyabr 2026
34
13:51 / 02 Oktyabr 2026
77
13:49 / 02 Oktyabr 2026
44
13:46 / 02 Oktyabr 2026
43
13:44 / 02 Oktyabr 2026
46
13:40 / 02 Oktyabr 2026
57
13:32 / 02 Oktyabr 2026
52
13:21 / 02 Oktyabr 2026
83
13:14 / 02 Oktyabr 2026
57
13:08 / 02 Oktyabr 2026
1002
12:52 / 02 Oktyabr 2026
87
12:39 / 02 Oktyabr 2026
145
12:36 / 02 Oktyabr 2026
59
12:34 / 02 Oktyabr 2026
78
12:31 / 02 Oktyabr 2026
70
12:29 / 02 Oktyabr 2026
68
12:25 / 02 Oktyabr 2026
64
12:21 / 02 Oktyabr 2026
66
12:10 / 02 Oktyabr 2026
64
12:06 / 02 Oktyabr 2026
216
12:05 / 02 Oktyabr 2026
75
12:04 / 02 Oktyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.