Azərbaycanda ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
917
31.01.2026, 18:36
Azərbaycanda 99 illik istifadə (icarə) hüququ torpaq üzərində mülkiyyət deyil, torpaqdan yalnız təyinatı üzrə uzunmüddətli istifadə hüququ yaradan hüquqi mexanizmdir. Bu hüquq əsasən dövlət torpaqlarına şamil olunur və torpaq dövlət balansında qalır.
Müqavilə şərtləri pozulduqda, torpaq təyinatı üzrə istifadə edilmədikdə və ya dövlət ehtiyacları yarandıqda, hətta 99 illik istifadə hüququ mövcud olsa belə, torpaq geri alına bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlar uzunmüddətli investisiya tələb etdiyinə görə əsasən 99 illik icarəyə verilir.
Bu cür torpaqlarda tikinti aparmaq, xüsusilə yaşayış evi inşa etmək risklidir, çünki 99 illik istifadə hüququ mülkiyyət hüququ yaratmır. Torpaq hansı məqsədlə verilibsə (kənd təsərrüfatı, sənaye, təsərrüfat fəaliyyəti və s.), yalnız həmin məqsəd üzrə istifadə olunmalıdır. Əks halda, müqavilənin ləğvi mümkündür. Bu torpaqların bir hissəsinin istifadə müddətinin başa çatmasına az vaxt qalması isə vətəndaşlar arasında hüquqi qeyri-müəyyənlik yaradır.
Lakin Bakı şəhəri ərazisində 99 illik istifadə hüququ (etibarnamə və ya icarə əsasında) ilə alqı-satqıya çıxarılan torpaq sahələri çoxdur. Bu torpaqların bir qisminin istifadə müddətinin bitməsinə az vaxt qalır. Belə hallarda vətəndaşların hansı addımı atmalı olduğu sual doğurur.
Oxu24.com İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin Hüquq departamentinin direktoru Lalə Əkbərova Metbuat.az-a bildirib ki, torpaq sahələri ilə bağlı yaranan hüquqi qeyri-müəyyənliklərin inzibati qaydada deyil, məhkəmə yolu ilə həll edilə bilər:
"Bu kimi hallarla bağlı şikayətlər çoxdur və oxşar məsələlər artıq məhkəmələrdə geniş müzakirə predmetinə çevrilib. Belə vəziyyətlərdə yekun hüquqi qiymətin verilməsi yalnız məhkəmənin səlahiyyətinə aiddir.
Məhkəmə bu məsələlərə baxarkən özünün diskresion səlahiyyətlərindən istifadə edir. Bu səlahiyyətlər digər dövlət orqanlarında mövcud deyil. Yəni inzibati qurumlar yalnız qanunla müəyyən edilmiş çərçivədə hərəkət edə bildiyi halda, məhkəmə hüquqi qiymətləndirməni daha geniş səlahiyyətlər çərçivəsində aparır".
Lalə Əkbərova qeyd edib ki, torpaq sahəsi ilə bağlı 99 illik istifadə hüququ məsələsi hələ tam aydınlaşdırılmayıb və əlavə hüquqi araşdırma tələb edir. Sözügedən məsələ üzrə yekun qərarın verilməsi üçün məhkəməyə müraciət zəruri hesab olunur.
14:03 / 02 Oktyabr 2026
20
13:57 / 02 Oktyabr 2026
42
13:51 / 02 Oktyabr 2026
126
13:49 / 02 Oktyabr 2026
48
13:46 / 02 Oktyabr 2026
50
13:44 / 02 Oktyabr 2026
52
13:40 / 02 Oktyabr 2026
58
13:32 / 02 Oktyabr 2026
52
13:21 / 02 Oktyabr 2026
90
13:14 / 02 Oktyabr 2026
57
13:08 / 02 Oktyabr 2026
1052
12:52 / 02 Oktyabr 2026
87
12:39 / 02 Oktyabr 2026
156
12:36 / 02 Oktyabr 2026
59
12:34 / 02 Oktyabr 2026
79
12:31 / 02 Oktyabr 2026
70
12:29 / 02 Oktyabr 2026
68
12:25 / 02 Oktyabr 2026
64
12:21 / 02 Oktyabr 2026
67
12:10 / 02 Oktyabr 2026
64
12:06 / 02 Oktyabr 2026
222
12:05 / 02 Oktyabr 2026
75
12:04 / 02 Oktyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.