Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
14 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
670
31.01.2026, 11:48
Bakıda Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransı keçirilir.
Oxu24.com xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV nümayəndələri iştirak edirlər.
VK sədri Anar Bağırov konfransı açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkədə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib.
Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib.
Eyni zamanda, vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsisahəsində mühüm addımlar atıldığı vurğulanıb.
A.Bağırov, həmçinin, çıxışında Prezident İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.
Daha sonra konfransda Vəkillər Kollegiyasının 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayiş olunub.
Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib.
10:17 / 14 Noyabr 2026
1
09:59 / 14 Noyabr 2026
69
09:46 / 14 Noyabr 2026
78
09:30 / 14 Noyabr 2026
72
09:29 / 14 Noyabr 2026
100
09:23 / 14 Noyabr 2026
94
08:09 / 14 Noyabr 2026
1296
01:15 / 14 Noyabr 2026
162
00:40 / 14 Noyabr 2026
314
00:02 / 14 Noyabr 2026
1187
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
159
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
187
23:05 / 13 Noyabr 2026
153
23:02 / 13 Noyabr 2026
339
22:53 / 13 Noyabr 2026
165
22:49 / 13 Noyabr 2026
156
22:41 / 13 Noyabr 2026
157
22:36 / 13 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.