Siyavuş Novruzovun gündəmə gətirdiyi MƏSƏLƏ: Sənədsiz evlərlə bağlı nə gözlənilir?
02 Oktyabr 2026, 14:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
584
30.01.2026, 15:10
Böyük dövlətlər və daxili düşmənlərimiz üçün ən böyük təhdid Türkçülük ideologiyasıdır.
Onlar öz şovinist, rasist və nasionalist olmaqları azmış kimi bizi nədəsə ittiham edirlər.
Bizi radikallıqda, qeyri mütərəqqilikdə, ayrıseçkilikdə ittiham edənlər anlamalıdırlar ki, Türkçülərin böyük hissəsi digər millətlərə və xalqlara qarşı heç bir düşmənçilik və kin güdmürlər. Lakin, bəzi yaraqlı dəstələr məsələn: boşa qaraçılarının revanşizmi, seperatçı kürdlərin silahlanmış hissələri (İraq, İran və Suriya), rus icmaları (Rusiyada), fanatik dini qruplar (təkcə İslam mənsubları nəzərdə tutulmur.), ateist kosmopolitlər, xarici ölkələrin dərin dövlətlərinin yeritdikləri amansız, düşmən və insani dəyərlərə məhəl qoyulmaması və s. dgər təhlükələr Türkçülüyün mübarizəsi üçün xarakterik milli ülküdür.
Türkçülər arasında nifaq salmaq yolları əsasən siyasi, dini və ideoloji mövqeləribir araya gələ bilməməkləridir. Bu gün mən dini parçalanmadan və bunun aradan qaldırılma yollarını təklif edəcəyəm. Bildiyimiz kimi Türkçülüyün əsasını qoyan mütəfəkkirlər müsəlman idilər. Sonralar xristian maqyarlar (macarlar) zaman keçdikcə Türkçü ziyalılara qoşuldular. Artıq, XX əsrin İkinci yarısından etibarən Atsızcılar hərəkatı meydana gəldi. Bu hərəkat İslam dininin qarşısına Göy Tengri dinini çıxarırdı. Daha sonra XXI əsrdən isə ateizm və buna oxşar fəlsəfələr, buddist və şintoist Türklər arasında milli ülkü naminə çıxışlar edir, lakin, hələ də ittifaqlar qurula bilmirlər. Məncə biz dini mənsubiyyətimizi bir qırağa qoyub, Turan Birliyi üçün vahid güc üçün çalışmalıyıq. Türkeşçilər və ya Atsızçılar bir masaya oturmalıdırlar.
Qədim və orta dünya zamanında tarixdə bir neçə dəfə ali məqsədlər üçün Türk kimliyi vahid şəkildə, birgə hərəkət etmiş, yeri və göyü inlədən, titrədən fəthlər və dünya nizamı üçün əllərindən gələni edirdilər. İç Oğuz-Masqut (İşquz-Masqut), Hun və Türk-Minqol axınları olduqca həlledici əhəmiyyət təşkil edirdi. Eyni axınlar müasir dövrdə də baş verə bilər. Dini mübahisələri bir kənara qoyub, böyük qələbələr, köç və yaraq haqqı, Altın Alma üçün birlikdə və müttəfiqlik əsasında yenidən günəş kimi doğulmalıyıq. Digər məsələ isə ayrı-ayrı dinlərə inanan qandaşlarımızı bir bayraq ətrafında yığmalıyıq.
Dünyada yeni güc mərkəzləri yaranır, köhnələri islahat keçirməyə məcbur olur və yaxud da dağılır. Bu əsrin Türk və Turan əsri olacağı artıq, sirr deyil. Turan Birliyi qurulma yolunda irəliləyir. Vacib məsələ də Türkçülük ilə Türkiyəçiliyi fərqləndirməliyik. Göy Tengri dini yeni yaranan münasibətlər sistemində öz yerini tutması üçün aqressiya, radikalizm, ksenofobiya və mənəvi çöküşə sürükləmək istəyənlərə qarşı kəskin dirənməli, Türklərin sahib olduqları digər dini qruplarla da Törəyə uyğun münasibət bəsləməlidir. Bu həm də təkcə Türklərə aid yox, sağlam düşüncəli istənilən insanlara aiddir.
İmza: Ceyhun Ərmən Vedili
14:48 / 02 Oktyabr 2026
10
14:45 / 02 Oktyabr 2026
25
14:43 / 02 Oktyabr 2026
36
14:42 / 02 Oktyabr 2026
39
14:40 / 02 Oktyabr 2026
41
14:22 / 02 Oktyabr 2026
57
14:18 / 02 Oktyabr 2026
51
14:03 / 02 Oktyabr 2026
61
13:57 / 02 Oktyabr 2026
60
13:51 / 02 Oktyabr 2026
406
13:49 / 02 Oktyabr 2026
66
13:46 / 02 Oktyabr 2026
61
13:44 / 02 Oktyabr 2026
68
13:40 / 02 Oktyabr 2026
83
13:32 / 02 Oktyabr 2026
61
13:21 / 02 Oktyabr 2026
107
13:14 / 02 Oktyabr 2026
63
13:08 / 02 Oktyabr 2026
1349
12:52 / 02 Oktyabr 2026
99
12:39 / 02 Oktyabr 2026
170
12:36 / 02 Oktyabr 2026
65
12:34 / 02 Oktyabr 2026
87
12:31 / 02 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.