SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1076
30.01.2026, 13:55
2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk edən ermənilər Ermənistanın sərhəd bölgələrində məskunlaşdılar.
Amma hansı səbəblərdənsə sərhəddə yaşamaq , Azərbaycan Ordusuna yaxın olmaq istəmədiklərini əsas gətirib sərhəd bölgələrini asta-asta tərk etməyə başladılar.
Xüsusən, söhbət Qarabağı tərk edib gələnlərə qucaq açmış Ermənistanın Tavuş bölgəsindən gedir.
Ötən il erməni mediası Tavuş rayonunda məskunlaşmış 2970 nəfər (780 ailə) erməninin artıq 216 ailə və ya 1050 nəfər Tavuşu tərk etdiyini yazırdı.
Bu gün yenidən ermənilərin ən məşhur nəşri “Hraparak” bu mövzunu işıqlandırıb.
Nəşr yazır ki, 16 dekabr 2025-ci ildə Tavuş qubernatoru Hayk Qalumyana hazırda bölgədə Qarabağdan köçən neçə ailə və fərdin yaşadığını və onlardan neçəsinin dövlət dəstəyi proqramı çərçivəsində Tavuş bələdiyyələrində mənzil aldığını öyrənmək üçün sorğu göndərdik:”Qubernatorluqdan bildiriblər ki, cari ilin 16 dekabr tarixinə olan məlumata görə, Qarabağdan köçən 1882 nəfər (550 ailə) Ermənistanın Tavuş bölgəsində yaşayır. Dövlət mənzil proqramı ilə bağlı səlahiyyətli orqan olan Ermənistan Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyi ilə əlaqə saxlamağı təklif edirik. Bu o deməkdir ki, son iki ildə Tavuş vilayətini 230 ailə (1088 nəfər) tərk edib".
Bu faktları oxuyan kimi adamın ağlına gələn ilk sual bu olur. Qarabağı tərk edən ermənilər məskunlaşdıqları Ermənistan ərazisi olan sərhəd bölgəsini, Tavuş vilayətini niyə qoyub qaçırlar?
Oxu24.com-un sualını Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu cavablandırıb.
O bildirib ki, erməni mediasını arabir izləyirəm və tez-tez rast gəldiyim faktlardan biri Qarabağdan könüllü Ermənistana köç etmiş ermənilərin Ermənistanı da tərk etməsidir:”Əvvəlqə qeyd edim ki, Ermənistanın sərhəd ərazisi olan Tavuş bölgəsinə kütləvi köçən Qarabağ erməniləri ümid edirdilər ki, “kürəklərini dayadıqları” hegemon qüvvələr onları tezliklə Qarabağa qaytaracaq. Buna görə , ərazidən uzaqlaşmaq istəmədilər. Sərhəd zonalarında məskunlaşdılar.
Antiterror əməliyyatından sonra Ermənistan rəhbərliyinin də Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsi köçkün ermənilərin geri dönüşə olan inamı azaltdı. Azərbaycan rəhbərliyinin onları geri çağırması, Azərbaycan vətəndaşı olaraq orada yaşamasına icazə verməsi cavabsız qaldı. Çünki, onlar 1988-ci ildən başlayaraq işğal etdikəri torpaqlarımızda azərbaycanlıların qanına əlləri batdığını anlayırdılar, geri dönməyə ürək etmədilər.
İkinci bir tərəfdən: Qarabağda sovet dönəmində yaşayan ermənilərin, erməni mediasının şişirtdiyi kimi 150 min əhalisi olmayıb. İşğal zamanın dünyanın bir çox ölkələrindən , o cümlədən Suriyadan, Livandan ermənilərin Qarabağa kütləvi köçürülməsi tək bizə deyil bütün dünyaya məlum idi. Buna baxmayaraq , 2016-cı il aprel döyüşlərindən sonra bir çox erməni ekspertlər Qarabağda yaşayan əhalinin sayının 60-65 min olduğunu yazırdı.
Yəni, xaricdən Qarabağa erməni daşınsa da, özlərinin uydurduğu 150 min yalandan başqa bir şey deyildi.
Yadımdadır ki, hələ 2024-cü ildə oxumuşdum ki, Qarabağdan Ermənistana köçən 17 743 nəfər hava və quru yolu ilə bu ölkədən də çıxıb gedib. Hazırda ermənilərin o əraziləri də tərk etməsinin əsas səbəbi isə odur ki, onlar vaxtı ilə Qarabağa köçürülmə ermənilərdir və yerli olmadıqları üçün iqtisadi çətinliklərlə yaşamağı özlərinə rəva bilmirlər. Xüsusən, Qərb ölkələrinə, Rusiyaya və ABŞ-a köçməyi üstün tutan ermənilər Livandan , Suriyadan və başqa ölkələrdən gəlib Qarabağa yiyələnmək istəyən, bu alınmayanda isə ümidləri puç olan ermənilərdir. Çünki əvvəldən onlara sahib çıxmayan Ermənistanı tərk etməsi təbii bir prosesdir” -deyə Rey Kərimoğlu bildirib.
Əntiqə Rəşid
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.