Heyvanın təkcə özü deyil, tumu da faydalıdır
14 Noyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
755
29.01.2026, 19:36
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin
Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.
Oxu24.com Milli Məclisə istinadla xəbər verir ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Şura Məclisinin sədri bildirib ki, xalqlarımızın yaxınlığı da ölkələrarası münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir.
Oman Sultanlığına rəsmi səfərə dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin yanvarında Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsində həmsöhbəti ilə ilk dəfə görüşünü və o vaxtdan etibarən həmişə beynəlxalq təşkilatlar çərçivəsində görüşüb müzakirələr apardıqlarını məmnunluqla xatırlayıb.
Həmsöhbətinin 2024-cü ilin fevralında və 2025-ci ilin fevralında APA-nın 14-cü və 15-ci plenar sessiyalarında iştirak etmək üçün Azərbaycana iki səfərinin ardınca bu gün Omanda rəsmi səfərdə olmasından məmnunluqla danışan Milli Məclisin sədri bu səfərin əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, bütün sahələr üzrə münasibətləri inkişaf etdirmək üçün böyük potensial mövcuddur. Vurğulanıb ki, Azərbaycanın Omanda səfirlik açması ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldırıb. Söhbət zamanı Azərbaycan və Omanın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman biri-birini dəstəkləməsindən məmnunluq ifadə olunub.
Söhbətdə bildirilib ki, iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı potensial var.
Görüşdə təhsil və mədəniyyət sahələrində münasibətlərin əhəmiyyəti xüsusi vurğulanıb. Milli Məclisin sədri bildirib ki, bu mənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ilin yanvar ayının əvvəlində Omana səfəri və bu səfər çərçivəsində aparılan müzakirələr mədəniyyət sahəsində əməkdaşlığımızı intensivləşdirəcək.
Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.
Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.
Görüşdə digər mövzularda da fikir mübadiləsi aparılıb.
11:32 / 14 Noyabr 2026
5
11:19 / 14 Noyabr 2026
50
11:09 / 14 Noyabr 2026
53
11:00 / 14 Noyabr 2026
73
10:58 / 14 Noyabr 2026
76
10:46 / 14 Noyabr 2026
81
10:36 / 14 Noyabr 2026
79
10:17 / 14 Noyabr 2026
71
09:59 / 14 Noyabr 2026
94
09:46 / 14 Noyabr 2026
99
09:30 / 14 Noyabr 2026
93
09:29 / 14 Noyabr 2026
117
09:23 / 14 Noyabr 2026
117
08:09 / 14 Noyabr 2026
1501
01:15 / 14 Noyabr 2026
169
00:40 / 14 Noyabr 2026
324
00:02 / 14 Noyabr 2026
1251
23:58 / 13 Noyabr 2026
172
23:49 / 13 Noyabr 2026
175
23:40 / 13 Noyabr 2026
195
23:28 / 13 Noyabr 2026
195
23:22 / 13 Noyabr 2026
176
23:17 / 13 Noyabr 2026
453
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.