Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
650
29.01.2026, 15:19
Günlərdir sosial şəbəkələrdə gündəm olan Təranə Qumralın qızı sözlərini səhv ifa etdiyi,sözləri Məmməd Araza,musiqisi Niyaməddin Musayevə məxsus “Dünya sənin,dünya mənim” mahnısı ətrafında müzakirələr bitmir.
Oxu24.com xəbər verir ki, məsələyə tanınmış şair Yusif Nəğməkar CityPost.az-a açıqlamasında münasibət bildirib.
“Xalq artisti Niyaməddin Musayev Azərbaycanda hər bir kəsin sevimlisidir. Onun oxuduğu istənilən mahnını bu gün kim təkrar oxuyubsa yetərincə təkrarlaya bilməyib. Çünki O, oxuduğu hər mahnıya özünün möhürünü vurub. N.Musayevlə 40 ildən çoxdur ki, dostluq edirəm. Mənim 50-dən çox şeirimə mahnı bəstələyib və oxuyub. Niyaməddin mahnılarını elə yerdən, elə səslə, elə həznliklə oxuyur ki, mümkün deyil onun mahnılarını özü kimi təkrarlayasan. Niyaməddinin mahnılarını oxumaq üçün gərək səsin onun səsi kimi olsun. Belə səs də Azərbaycanda yoxdur axı...
Qaldı bu gün gündəmdə olan məsələyə... Kim kimin mahnısını oxumaq istəyirsə bir mənalı şəkildə müəllifdən icazə almalıdır. Ən azı müəllifin xəbəri olmalıdır. Kim özbaşına oxuyursa, deməli mədəniyyətsiz adamdır. O qıza qulaq asmışam. Bir dəfə “cütləşmiş” deyir, bir dəfə də “cütlənmiş”... Cütləşmək insana xas əlamət deyil axı. Heyvan cütləşər. Görünür onun yetərincə ədəbi və musiqi savadı yoxdur.
Digər yandan mən bu müzakirələrin əleyhinəyəm. Bunların hamısı reklam olunmaq istəyənlərin işidir. Bu müzakirələr gedib – gedib bir müddətdən sonra səngiyəcək.
Bir dahi gəlib fikir söyləsə belə, bambılının biri yenə nəsə deyəcək və söhbət təzələnəcək, saqqız kimi uzanacaq. Lap Üzeyir bəy Hacıbəyli, Niyazi, Bəxtiyar Vahabzadə dirilib, gəlib bu məsələyə münasibət bildirsə belə, yenə səs kəsilməyəcək. Bayaq dediyim kimi, yenə 5-3 bambılı peyda olacaq, məsələ acı bağırsaq kimi uzanacaq.
Bilirsiniz, insan əsəbləşəndə illərlə ürəyində gəzdirdiyi sözləri dilə gətirir. Təxribatlara getmək olmaz. Mən hər iki tərəfi tanıyıram,hörmətim olduğu üçün deyirəm və onlara məsələyə soyuq başla yanaşmağı, təmkinli olmağı məsləhət görürəm".
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.