Yüksək bal toplayan Xumar kimdir?
21 Aprel 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11547
29.01.2026, 15:15
Son zamanlar jurnalist kimi tanınan Səidə Bəkirqızı məşhurları tənqid və aşağılamaları ilə gündəmə gəlib. Qalmaqallı çıxışları ilə gündəmə gələn bu jurnalist özünün aparıcısı olduğu “Bax Da” adlı verlişdə qalmaqallarının sayını daha da artırıb. O efirin tanınmış simaları olan Nigar Fərhadı , Elgiz Əkbəri, Zaur Nəbioğlunu, Tolik adı ilə tanınan Tarix Əliyevi verlişlərində tənqid edib, bəzən isə aşağılayıb.
Amma Bəkirqızı aparıcısı olduğu “Bax Da” verilişində özünün professonallığı elə özü “yüksək qiymətləndirib:” “Mənə dedilər ki, səni dilçilər, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan. Diksiyava, danışıq tərzivə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim ki, hamı-hamını bəyənmək zorunda deyil. Məni Murad Dadaşov bəyənməyəndə heç nə itirmirəm, amma Qulu Məhərrəmli, Etibar Babayev bəyənməyəndə, çox şey itirirəm”.
Oxu24.com xəbər verir ki, aparıcının bu çıxışını da radio aparıcısı, bədii-qiraətçi Kəmalə Onur tənqid edib: “Videonu Səidə xanıma bu sözləri deyənlər üçün paylaşıram. “Diksiyava” yox, “diksiyana”, “danışıq tərzivə” yox, “danışıq tərzinə”, “zorunda deyil” yox, “məcburiyyətində deyil” demək lazımdır. Bu hələ cəmi 16 saniyədə baş verənlərdir. Təşəkkür”.
Halbuki Səidə Bəkirqızı efirlə əlaqəsi olmayan “televiziya mühəndisi” ixtisasını bitirib. Bu ixtisasın da, bildiyiniz kimi, jurnalistika ilə əlaqəsi yoxdur. Buna baxmayaraq “AStar” yutub layihəsinin qonağı olan aparıcı Səidə Bəkirqızı Tolikə “prodüsser” deyərək onu aparıcı olmamaqda ittiham edib: “Bəli, mən bunu özünə də demişəm. Prodüser Toliki televiziya aparıcısı kimi qəbul etmirəm. Ola bilsin ki, sabah efirdə olmayım, amma Tolik 10 ildən sonra da veriliş aparar. Amma o, aparıcı deyil”.
Həmçinin oxuyun
Bəkirqızının “hücum”undan bir çox müğənnilər də qurtula bilməyib gənc ifaçı Zəhra Muradova, tanınmış müğənni Rəqasanə İsmayılova da Səidənin dilinə düşüblər. Hazırda jurnalist 2-ci adıçəkilən müğənni ilə məhkəmədə görüşəcəyini elan edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova həbs olunarkən ilk dəfə onda Səidə Bəkirqızı onu hədəf seçmişdi. Hazırda ev dustaqlığında olan Rəqsanə İsmayılova Səidənin onu hədəf almasına etinasız yanaşmışdı. Yəni onun sözlərini “söz” saymamışdı. Jurnalist ikinci dəfə müğənninin etdiyi fotosesiyanın materiallarını paylaşaraq, sözün həqiqi mənasında jurnalistikaya yaraşmayan aşağılayıcı fikirlər söyləmişdi. R. İsmayılovanın cavabı isə nəinki, jurnalistdə, eləcə də, ictimaiyyətdə şok effekti yaratdı. Videonu hamı gördüyü üçün ordakı ittihamları yazmırıq, amma bu duel məhkəmədə ədalətli həllini tapacağına əminik.
Qeyd edək ki, bundan əvvəl məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.
S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırıldı və o, işdən azad olundu.
Həmin gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul etdi.
Eyni zamanda S.Bəkirqızı ondan da əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılmışdı.
Əntiqə Rəşid
13:59 / 21 Aprel 2026
1
13:51 / 21 Aprel 2026
25
13:50 / 21 Aprel 2026
26
13:40 / 21 Aprel 2026
58
13:32 / 21 Aprel 2026
390
13:28 / 21 Aprel 2026
42
13:26 / 21 Aprel 2026
41
13:23 / 21 Aprel 2026
176
13:20 / 21 Aprel 2026
35
13:08 / 21 Aprel 2026
811
13:06 / 21 Aprel 2026
36
13:02 / 21 Aprel 2026
52
13:00 / 21 Aprel 2026
64
12:42 / 21 Aprel 2026
59
12:35 / 21 Aprel 2026
1150
12:21 / 21 Aprel 2026
191
12:10 / 21 Aprel 2026
230
12:04 / 21 Aprel 2026
200
12:02 / 21 Aprel 2026
51
11:51 / 21 Aprel 2026
55
11:42 / 21 Aprel 2026
62
11:38 / 21 Aprel 2026
366
11:34 / 21 Aprel 2026
52
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.