Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3101
29.01.2026, 14:16
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tanınmış iş adamı Ruslan Eyyubov ev dustaqlığına buraxılmasını istəyir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə onun vəkili tərəfindən məhkəməyə vəsatət təqdim olunub.
Müdafiəçi müvəkkilinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Lakin məhkəmə təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunmasını və istintaqın yeni başlanmasını nəzərə alaraq vəsatəti rədd edib. Ruslan Eyyubovun həbsdə saxlanılması qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, çox epizodlu cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. İstintaqla “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəisi Rəşad Daşdəmirov və bir neçə gömrükçü də həbs edilib.
“Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın faktiki sahibi isə Ruslan Eyyubovdur. Bu hadisələrdən sonra onun Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi işləyən qardaşı general-mayor Həsən Eyyubov da işdən çıxarılıb. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğullarıdır.
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.