Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
699
29.01.2026, 14:05
Azərbaycanda daşınmaz əmlak bazarında ən çox müzakirə olunan və insanları düşündürən məsələlərdən biri də çıxarışsız (kupçasız) evlərdir. Xüsusilə illər əvvəl tikilmiş, alqı-satqısı aparılmış, lakin rəsmi sənədləri qaydasında olmayan evlərin hüquqi taleyi bir çox vətəndaş üçün aktualdır. Bəs kupçası olmayan evlərə sonradan kupça almaq mümkündürmü?
Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın ərsəyə gəlməsi müvafiq qanunvericiliklə tənzimlənir. Yəni hər hansı tikili inşa olunmazdan əvvəl onun layihələndirilməsi və təsdiqi prosesi həyata keçirilməlidir. Burada isə müxtəlif məqamlar mövcuddur:
“Məsələn, əgər söhbət yeni tikilidən, xüsusilə də çoxmənzilli binadan gedirsə, həmin binanın mütləq istismara qəbul aktı olmalıdır. Bina Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara qəbul edildikdən sonra çıxarışın verilməsi ilə bağlı adətən problem yaranmır. İstisna hal odur ki, əgər binanın istismara qəbul aktı yoxdursa, bu halda çıxarışın verilməsi də mümkün olmur”.
E.Azadov qanunsuz tikililərlə bağlı məsələyə də diqqət çəkib:
“Belə evlər kifayət qədərdir və onların çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsi bağlamaq da mümkün olmur. Bu isə vətəndaş üçün ciddi problemlər yaradır, yəni qeydiyyata düşə bilmir, hüquqi baxımdan çətinliklərlə üzləşir. Bu halda çıxarışın alınması üçün gecdir. Əgər fərdi evin layihə sənədləri vaxtilə aidiyyəti dövlət qurumlarında təsdiqlənibsə və tikinti normativlərə uyğun şəkildə aparılıbsa, müvafiq quruma müraciət etməklə çıxarış almaq mümkündür. Yox, əgər tikili qanunsuz inşa edilibsə, bu halda çıxarış yalnız məhkəmə qaydasında, əsaslar olduğu təqdirdə əldə edilə bilər”.
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.