Qaynar xətt:

(+99450) 247 90 86

Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB  

Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB  

CƏMİYYƏT

689

28.01.2026, 13:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Oxu24.com   xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd edilib ki, məhdudlaşdırma aparılacaq tikinti işləri ilə əlaqədardır.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

"Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər", - məlumatda bildirilib.