Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1320
28.01.2026, 12:21
Bakıda bu xəbəri artıq uzun illərdir gözləyirdik.
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev nəhayət Bakı sakinlərini sevindirib.
O qeyd edib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb: “Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb”.
Bildiyiniz kimi, 1924-cü il fevralın 8-də Bakıda elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı. Bakı tramvayı 2000-ci illərin əvvəllərində daha dəqiq 2004-cü ildə tarixə çevrildi.
2012-ci ilin fevral ayında Azərbaycan hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. "Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.
Hətta 2019-cu ildə nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, Bakıda tramvay xətlərinin çəkilməsi tıxacların yüngülləşməsinə səbəb olacaq: “Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə, tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı olmasa da, tramvayların çəkilməsi mümkündür”.
2024 -cü ilin əvvəlində yayılan məlumata görə, tramvay xərləri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış planın görüntüləri də yayılmağa başlayıb. Məlumatda o da deyilir ki, 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq.
Əntiqə Rəşid
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.