Ölməmişdən əvvəl bu tikilidə gecələyibmiş.. - Video
14 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
937
27.01.2026, 19:08
Erməni mediası yazır ki, bu gün - 27 yanvar Ermənistan parlamenti “Vətən müdafiəçilərinin anım günü” elan edib və Yerablur hərbi pantenonunda anım mərasimi keçirilib.
Hazırda qeyri-iş günü elan edilən mərasim günündə ermənilər pantenonu ziyarət edirlər . Yerablurda separatizm meyilləri ilə tanınan revanşistlər pantenonda Qarabağa aid abidənin əhatəsinə yığılaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Paşinyanı qınayıblar. Eyni zamanda iki ölkə arasındakı yaxınlaşma siyasətini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiklərini dilə gətiriblər.
Oxu24.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan "Yerablur" hərbi panteonunda 44 günlük müharibədə ölən işğalçılara həsr olunmuş "artsaxın çağırışı" abidəsini ziyarət etməyib və abidəyə gül qoymayıb.
Beləki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsyan "Yerablur" hərbi panteonunda jurnalistin Ermənistan rəhbərliyinin abidəyə niyə ehtiram göstərməməsi və gül qoymaması ilə bağlı sualını cavablandırıb. Vanetsyan qeyd edib ki, o, belə bir şey görməyib və əlavə edib ki, bu, hakimiyyətin problemidir və ola bilsin ki, hansısa komplekslərlə bağlıdır.
Xatırladaq ki, "artsaxın çağırışı" abidəsi Artur Vanetsyanın özünün təşəbbüsü və dəstəyi ilə qoyulmuşdur.
Əntiqə Rəşid
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.