Tanınmış həkim vəzifəsindən azad edildi
25 Yanvar 2026, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
129
25.01.2026, 17:59
Məlum olduğu kimi rəsmi işləyənlərin maaşlarından hər ay Pensiya Fonduna müəyyən məbləğ tutulur. Bu, gələcəkdə onların pensiya alması üçün nəzərdə tutulmuş sosial təminatdır. Lakin maraqlı bir məqam var: şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun ödənilmiş pensiya məbləği ailəsinə qaytarılmır. Bu artıq neçə vaxtdır ciddi müzakirə edilir. Vətəndaşlar hökuməti bu məsələyə yenidən baxmağa səsləyir.
Niyə bir insan pensiya yaşına çatana qədər vəfat etdikdə, onun pulu cəm şəkildə ailəsinə geri qaytarılmır? Həmin pulların aqibəti necə olur?
Oxu24.com Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, dünyanın əksər ölkələrində rəsmi işləyən
vətəndaşların maaşından hər ay pensiya fonduna sosial sığorta haqları tutulur.
Onun sözlərinə görə, bu vəsaitlər gələcəkdə qocalıq dövründə maddi təminat məqsədi daşıyır:
“Lakin cəmiyyətdə tez-tez belə bir sual yaranır: əgər şəxs pensiya yaşına çatmadan vəfat edərsə, niyə onun ödədiyi pensiya vəsaitləri ailəsinə qaytarılmır? Bu sualın cavabı pensiya sisteminin mahiyyətindədir. Mövcud pensiya modellərinin böyük hissəsi paylanma (PAYG – Pay As You Go) prinsipinə əsaslanır. Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, dünya ölkələrinin təxminən 70-75 faizi bu modeli tətbiq edir. Bu sistemdə işləyən əhalinin ödədiyi sığorta haqları birbaşa hazırkı pensiyaçıların pensiyalarının ödənilməsinə yönəldilir. Yəni pensiya tutulmaları şəxsi yığım deyil, kollektiv sosial fondun formalaşmasına xidmət edir. İqtisadi baxımdan bu model sosial risklərin bölüşdürülməsi üzərində qurulub. Dünya Bankının hesablamalarına əsasən, orta statistik vətəndaş pensiya yaşına çatdıqdan sonra 18-22 il pensiya alır. Bu müddət ərzində aldığı ümumi pensiya məbləği əksər hallarda onun işlədiyi dövrdə ödədiyi sığorta haqlarından 1,3–1,8 dəfə çox olur. Mövcud fərq isə məhz erkən vəfat edənlərin və daha az yaşayanların sistemə verdiyi dolayı subsidiyalar hesabına formalaşır”.
Həmçinin oxuyun
İqtisadçı bildirib ki, pensiya yaşına çatmadan vəfat edən şəxsin ödədiyi vəsaitlər ümumi fonda daxil olaraq cari pensiyaların, əlillik ödənişlərinin və sosial müavinətlərin maliyyələşdirilməsində istifadə olunur:
“OECD ölkələrində pensiya xərcləri ümumi daxili məhsulun orta hesabla 8-10 faizini, bəzi Avropa ölkələrində isə 12-15 faizini təşkil edir. Bu qədər böyük sosial yük yalnız fərdi yığım prinsipi ilə deyil, məhz kollektiv maliyyələşmə yolu ilə mümkün olur. Alternativ olaraq bəzi ölkələrdə yığım əsaslı pensiya sistemləri mövcuddur. Dünya Bankının məlumatına görə, bu model əsasən Latın Amerikası və bəzi Asiya ölkələrində tətbiq olunur, lakin qlobal miqyasda payı 25-30 faizdən çox deyil. Bu sistemlər inflyasiya, bazar dalğalanmaları və maliyyə böhranları zamanı vətəndaşların pensiya risklərini artırdığı üçün bir çox ölkələr yenidən klassik sosial sığorta modelinə qayıdır. Nəticə etibarilə, pensiya sistemi fərdi mülkiyyət mexanizmi deyil, sosial həmrəylik və kollektiv təhlükəsizlik modelidir”.
Kənan Quluzadə vəfat edən şəxsin pensiyasının ailəyə qaytarılmamasının səbəbini bu cür izah edib:
“Pensiya yaşına çatmadan vəfat edən şəxsin ödədiyi vəsaitlər ailəyə qaytarılmır, çünki bu vəsaitlər əvvəlcədən cəmiyyətin ümumi sosial təminatı üçün nəzərdə tutulub. Bu yanaşma fərdi baxımdan suallar doğursa da, dövlətlər üçün sosial sabitliyin və uzunmüddətli pensiya öhdəliklərinin qorunmasının əsas şərtidir”.
21:34 / 25 Yanvar 2026
1
21:25 / 25 Yanvar 2026
20
21:15 / 25 Yanvar 2026
23
21:00 / 25 Yanvar 2026
32
20:55 / 25 Yanvar 2026
50
20:37 / 25 Yanvar 2026
72
20:35 / 25 Yanvar 2026
53
20:22 / 25 Yanvar 2026
49
20:14 / 25 Yanvar 2026
78
20:08 / 25 Yanvar 2026
72
19:51 / 25 Yanvar 2026
131
19:39 / 25 Yanvar 2026
68
19:28 / 25 Yanvar 2026
79
19:18 / 25 Yanvar 2026
88
18:59 / 25 Yanvar 2026
196
18:54 / 25 Yanvar 2026
130
18:44 / 25 Yanvar 2026
93
18:39 / 25 Yanvar 2026
166
18:27 / 25 Yanvar 2026
128
18:25 / 25 Yanvar 2026
73
18:17 / 25 Yanvar 2026
94
18:07 / 25 Yanvar 2026
133
18:05 / 25 Yanvar 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.