5 nəfər qəzada yaralandı
14 Noyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3867
23.01.2026, 23:53
Bu gün keçmiş nazir, general-leytenant Mədət Quliyevlə həyat yoldaşı Zəhra Quliyevanın ayrıldıqları barədə məlumat yayılıb. İddialara görə, bir müddət əvvəl ayrılan Zəhra Quliyeva və Mədət Quliyevin birgə nikahdan doğulan övladları anaları ilə qalır, Mədət Quliyev isə onların maddi təminatını tam şəkildə qarşılayır.
Zəhra Quliyeva isə bu barədə şəxsi İnstaqram hesabında paylaşım edərək, ona şəxsi həyatı ilə bağlı sual verilməməsini xahiş edib.
Oxu24.com Savashmedia.az-a istinadla Mədət Quliyevlə Zəhra Quliyevanın birgə həyatı ilə bağlı bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırır. Beləliklə...
Gəncədən Bakıya
Gəncədə doğulub böyüyən Zəhra 2007-ci ildə Bakıya oxumağa gəlib. Əvvəlcə Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil olub və oranı 2009-cu ildə fərqlənmə ilə bitirib. Elə həmin ildə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub.
Müsahibələrinin birində 9-cu sinifdə oxuyarkən “İnternyus”un jurnalistika seminarlarına qatıldığını deyən Zəhra Gəncədə yaşayarkən “Gəncəbasar” qəzetinə 1-2 məqalə də verdiyini bildirib: "Amma 9-cu sinifdə oxuduğumu bildilər, dedilər ki, balaca, get universitetə hazırlaş”.
Jurnalistikanın uşaqlıq arzusu olduğunu deyən Zəhra 2009-cu ildə ANS telekanalıda keçirilən müsabiqəyə qatılb və kanalda fəaliyyətə başlıyıb.
ANS-in aparıcısı
ANS tetelekanalında “Ağıl dəryası” verlişinin aparıcısı olan Zəhra "Speys" telekanalında “Sənətkar” layihəsi ilə də izləyicilərinin görüşünə gəlib. İlk həyat yoldaşı olan Cavid Rüstəmov ilə də məhz ANS telekanalında tanış olub və onlar 2011-ci ildə ailə həyatı qurublar. Bu evlilikdən Zəhranın Adelya adında bir qız övladı var.
Zəhra 2013-cü ildə analıq məzuniyyəti səbəbi ilə ANS telekanalındakı işindən uzaqlaşıb, elə həmin tarixdə onun keçmiş həyat yoldaşı Cavid Osmanov da telekanalla yollarını ayırır.
Qəfil boşanma və yeni evlilik
2017-ci ildə Cavid Osmanov və Zəhra Quliyevanın boşanma xəbərləri dolaşmağa başladı. Bu haqda keçmiş həyat yoldaşı Feysbuk hesabında paylaşım edərək bu cümləni yazmışdı: “Həyatımda qəribə dəyişiklik baş verdi".
Zəhra isə heç nə yazmır və şəxsi həyatı ilə bağlı bütün sualları cavabsız qoyurdu. Amma elə həmin ilin sonlarına doğru Zəhra Rüstəmovanın Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ovaxtkı rəisi, general-leytenant Mədət Quliyevlə evlənməsi haqda xəbərlər gündəmə gəldi.
Bu iddialarla bağlı son nöqtəni isə elə Zəhranın özü qoydu: O, “Sara Xatun” jurnalına Quliyeva soyadı ilə müsahibə verərək əslində bütün sualları cavablandırmış oldu.
15:07 / 14 Noyabr 2026
1
15:05 / 14 Noyabr 2026
14
14:44 / 14 Noyabr 2026
74
14:31 / 14 Noyabr 2026
68
14:24 / 14 Noyabr 2026
175
14:19 / 14 Noyabr 2026
79
14:15 / 14 Noyabr 2026
77
14:09 / 14 Noyabr 2026
187
13:50 / 14 Noyabr 2026
1555
13:48 / 14 Noyabr 2026
107
13:16 / 14 Noyabr 2026
106
13:03 / 14 Noyabr 2026
99
12:49 / 14 Noyabr 2026
125
12:25 / 14 Noyabr 2026
114
12:09 / 14 Noyabr 2026
127
11:58 / 14 Noyabr 2026
125
11:50 / 14 Noyabr 2026
108
11:39 / 14 Noyabr 2026
105
11:32 / 14 Noyabr 2026
115
11:19 / 14 Noyabr 2026
129
11:09 / 14 Noyabr 2026
121
11:00 / 14 Noyabr 2026
141
10:58 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.