Məşhur “makler bibi” VƏFAT ETDİ
05 Mart 2026, 00:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1373
23.01.2026, 20:14
Tam 27-28 il il Qarabağın hər köşəsi, hər dərəsi, hər dağı ürəyimizin başındakı dağdan seçilməyib... Ağır, azman , yaralı...
Ağdamlı olsam da, xüsusən, Kəlbəcərin işğalı məndə bir yanğı oyatmışdı. Çünki babalı-nənəli günlərimdə 3 ay o dağlar, o meşələr, gül çəmənlər mənim oylağım olardu. Gözümü yumanda çiyələk dərdiyim o zümrüd meşə, özümdən ağır ağac kötüklərini, necə deyərlər “hellan” etdiyim dağlar, dağların zirvəsində qartaldan qorunmaq üçün sığındığm qayalıqlar , günün qızmarında binəmizin uşaqları ilə “Seyidbatıran” şəlaləsinə elə paltarlı-paltarlı girib çimməyimiz gözümün qarşısında əks olunurdu.
Bəlkə nə vaxtsa, özümü unutmuşam, amma , nə kəndimizi, nə də Kəlbəcəri, nə də Kəlbəcərin Taxtabaşı yaylağını unutmamışam. İndi də unuda bilmirəm.
Sonra həyat elə gətirdi ki, jurnalist oldum. Əvvəl Kəlbəcərin xiffətin çəkirdimsə, jurnalist olandan sonra o xiffətimi, dərdimi , kədərimi qələmə, kağıza tökürdüm. Düz 27 il Kəlbəcəri ancaq bu sözlərlə anmağa gücümüz çatdı.
1.1936 kvadratkilometr Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olundu.
2.Əhalisinin sayı 70 minə yaxın olan Kəlbəcərin işğal zamanı 511 nəfər sakini həlak oldu, 321 nəfəri isə itkin düşdü və girov götürüldü.
3.İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdıldı, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəydi.
4.Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
5. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etsə də, o qətnamə 27 il havadan asılı qaldı. BMT işğalçıya gözün üstə qaşın var demədi.
Həmçinin oxuyun
6.Kəlbəcərin misilsiz təbii sərvətləri düz 27 il talan edildi.
Siyahını artırmaq, uzatmaq da olar. Amma uzatmıram, çünki son 5 ildə Kəlbəcər haqqında informasiyaları xüsusi sevinclə yazıram:
1. Kəlbəcər Ali Baş komandan İlham Əliyevin rəhbərliy sayəsində Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı nəticəsində artıq azaddır.
2.Kəlbəcərdə böyük tikinti bumu artıq başlayıb. Şəhər yenidən və daha möhtəşəm şəkildə tikilir.
3. Kəlbəcərə köç başladı.
4.Kəlbəcərdə artıq sosial xidmətlər üzrə “DOST” mərkəzi, “Azərpoçt” şöbəsi, KOBİA, DMA və digər dövlət qurumları əhalinin xidmətinə verilib. Eyni zamanda 34 hektar ərazidə inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bu gün isə əllərim sevinclə klavyaturaya uzanır, daha bir xoş xəbər var: "Təbiətin ən saf halı, dağların əzəməti və müasir yaşayış standartları bir məkanda birləşir.
-Sıx meşələri, sərin havası, “İstisu” mineral suları və füsunkar dağ mənzərələri ilə məşhur olan Kəlbəcərin mərkəzində sizə yeni həyat tərzi təqdim edirik.
-“Kalbajar CITY” - təbiətlə harmoniyada qurulmuş premium yaşayış kompleksidir və rahat, təhlükəsiz, sağlam həyat üçün bütün detallar düşünülüb.
-9 bloklu 6 müasir yaşayış binası
- Funksional planlaşdırılmış, işıqlı və komfortlu mənzillər
- Hər ailə üçün rahat qaraj və parklanma imkanları
- Qapalı, meyvə bağları ilə əhatələnmiş həyət
- 24 saat mühafizə sistemi
- Uşaq oyun meydançaları və ailəvi istirahət zonaları
-“Kalbajar CITY” - təhlükəsiz mühit, sağlam həyat tərzi və dəyərli investisiyadır. Burada hər detal sakinlərin rahatlığı və premium yaşayış üçün düşünülüb”.
Kəlbəcərdə ev olmasa belə o cənnət məkanın hər qarışı belə insana xoşbəxtlik, dinclik gətirəcək qədər doğmadır, orada adi bir çadırda yaşamaq belə xöşbəxtliyin özüdür.
Son olaraq, Avropada "Allah İtaliyanı özü üçün yaradıb" ifadəsi var. Deyilənə görə böyük yazıçı Mark Tven sitatlarında Allahın İtaliyanı Mikelancelonun ideyasına görə yaratdığı qeyd olunur. Avropada bu ifadə İtaliyanın gözəlliyinə verilən yüksək bir qiymətdir.
Bir dəfə yazıçı Aqil Abbas demişdi ki, Allah Azərbaycanı azərbaycanlılar üçün yaradıb, Kəlbəcəri özü üçün... Mark Tvendən qaynaqlansa da, Aqil Abbas haqlıdır.
Əntiqə Rəşid
01:09 / 05 Mart 2026
152
00:38 / 05 Mart 2026
143
00:31 / 05 Mart 2026
288
00:24 / 05 Mart 2026
186
23:58 / 04 Mart 2026
175
23:10 / 04 Mart 2026
207
22:49 / 04 Mart 2026
252
22:43 / 04 Mart 2026
162
22:20 / 04 Mart 2026
141
21:59 / 04 Mart 2026
147
21:48 / 04 Mart 2026
149
21:29 / 04 Mart 2026
136
21:17 / 04 Mart 2026
240
21:06 / 04 Mart 2026
328
20:52 / 04 Mart 2026
419
20:41 / 04 Mart 2026
386
20:17 / 04 Mart 2026
383
20:05 / 04 Mart 2026
134
19:49 / 04 Mart 2026
150
19:35 / 04 Mart 2026
820
19:25 / 04 Mart 2026
179
19:23 / 04 Mart 2026
2337
19:21 / 04 Mart 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.