İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuzla almışıq - YENİLƏNİB
02 Oktyabr 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
23.01.2026, 11:20
Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.
Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?
Sfera.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret.az-a açıqlamasında bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.
“Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11–20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür”.
C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə “yalançı bahar” və soyuq dalğaların mübarizəsi müşahidə olunur.
“Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır”.
19:08 / 02 Oktyabr 2026
1
19:00 / 02 Oktyabr 2026
27
18:59 / 02 Oktyabr 2026
37
18:42 / 02 Oktyabr 2026
40
18:39 / 02 Oktyabr 2026
46
18:36 / 02 Oktyabr 2026
37
18:25 / 02 Oktyabr 2026
80
18:10 / 02 Oktyabr 2026
113
18:10 / 02 Oktyabr 2026
412
17:59 / 02 Oktyabr 2026
56
17:57 / 02 Oktyabr 2026
75
17:50 / 02 Oktyabr 2026
81
17:36 / 02 Oktyabr 2026
62
17:05 / 02 Oktyabr 2026
256
16:56 / 02 Oktyabr 2026
73
16:39 / 02 Oktyabr 2026
471
16:34 / 02 Oktyabr 2026
67
16:21 / 02 Oktyabr 2026
116
16:16 / 02 Oktyabr 2026
67
16:06 / 02 Oktyabr 2026
129
16:00 / 02 Oktyabr 2026
115
15:59 / 02 Oktyabr 2026
606
15:55 / 02 Oktyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.