Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
14 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
720
22.01.2026, 22:00
Avrasiya Yazarlar Birliyinin “Bengu” yayım evində tərcüməçi və araşdırmaçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı türk dilinə uyğunlaşdırılaraq, işıq üzü görüb.
Oxu24.com-un məlumatına görə, kitabda müəllifin 2019 və 2021-ci ildə Yakutiyada səfərdə olduğu müddətdə tanınmış xalq şairləri və yazıçıları ilə keçirdiyi görüşlər yer alır. Qədim adı Sahaya olan Yakutistanın tarixi, coğrafiyası, əhalisi, məşğuliyyəti, yakut türklərinin folkloru, etnoqrafiyası Aida Eyvazlının kitabında əsas faktları və özünəməxsus xüsusiyyətləri ilə birlikdə təqdim olunub. Kitabın adının niyə “Sahaya” olması barədə məlumat almaq istəyənlər kitabı oxuyandan sonra biləcəklər.
Kitabı Azərbaycan dilindən türk dilinə gənc tərcüməçi Atabəy Barış uyğunlaşdırıb, kitabın redaktoru isə Sərdar Acardır.
Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə “Sahaya” kitabı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən də çapa hazırlanır.
"Kitabımın ilk oxucuları Azərbaycanın Türkiyədək səfiri Rəşad Məmmədov və Əhməd Cavad Universitetinin rektoru professor, dr. Ruhi Ersoy oldu.
Kitabın Türkiyə türkcəsində çıxmasını Avrasiya Yazarlar Birliyinin mərhum sədri Yakup Ömeroğlu istəmişdi. Ömür vəfa etmədi. İndi onun yaxın dostu və Avrasiya Yazarlar Birliyinin hazırkı sədri Ufuk Tuzman zəhmətini çəkdi",- Aida Eyvazlı deyib.
15:45 / 14 Noyabr 2026
5
15:27 / 14 Noyabr 2026
163
15:25 / 14 Noyabr 2026
67
15:07 / 14 Noyabr 2026
129
15:05 / 14 Noyabr 2026
90
14:44 / 14 Noyabr 2026
113
14:31 / 14 Noyabr 2026
85
14:24 / 14 Noyabr 2026
377
14:19 / 14 Noyabr 2026
93
14:15 / 14 Noyabr 2026
90
14:09 / 14 Noyabr 2026
219
13:50 / 14 Noyabr 2026
1986
13:48 / 14 Noyabr 2026
120
13:16 / 14 Noyabr 2026
117
13:03 / 14 Noyabr 2026
104
12:49 / 14 Noyabr 2026
129
12:25 / 14 Noyabr 2026
121
12:09 / 14 Noyabr 2026
131
11:58 / 14 Noyabr 2026
127
11:50 / 14 Noyabr 2026
112
11:39 / 14 Noyabr 2026
108
11:19 / 14 Noyabr 2026
131
11:09 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.