Qaynar xətt:

(+99450) 247 90 86

Qənimətlə Tural Trampa 1 milyardı necə verdilər? 

news/2026_01_22/qenc_1769103711.jpeg

CƏMİYYƏT

63

22.01.2026, 21:40

Azərbaycanın mənafeyi, millətin maraqları naminə neçə ildir xaricə sığınmış, oradan hər gün ölkəmiz əleyhinə işlər görən bir dəstə vətənşüvən var.

Onların bilmədiyi mövzu, baş çıxartmadığı məsələ yoxdur. Hərşeyşünaslıq üzrə rekordlar qırıblar. Universitet-falan oxumalarına gərək yoxdur – həyat onlara elə bir “diplom” qazandırıb ki, nüfuzlu universitetlər bunu bacarmazdı. Çeşidli “proqnozlar” verirlər, şər(h)lər səsləndirirlər. Dünyaca məşhur analitiklər bunu eşitsə, təəccübdən dodaqları uçuqlayar, paxıllıqdan halları pisləşər. “Necə olub, bu cür tezis daha əvvəl bizim ağlımıza gəlməyib” deyib, qəhərlənərlər...

Bu “analitik qrupun” başında “Azərbaycan Saatı” kanalının rəhbəri, hazırda Fransada yaşayan Qənimət Zahid, onun silahdaşı sayılan Natiq Adilov dayanır. Bu siyahıya “Azad Söz” kanalının rəhbəri Tural Sadıqlını da əlavə etsək, buket tam olar.

Hər gün canlı yayım açır, ya da veriliş çəkir, paylaşırlar. Nədən desən danışırlar, haradan soruşsan, cavablandırırlar. Yüksək səviyyədə fəaliyyət göstərirlər. Amma və lakin... Onların proqnozları, israrla üzərində dayandıqları tezislər sonra doğrulmur. Nəticədə tamaşaçı və oxucu qarşısında yalançı çıxırlar. Amma o qədər “istedadlıdırlar” ki, növbəti tezislərlə boşluğu doldurur, doğrulmayan sözlərini ört-basdır edə bilirlər.

Məsələn, bugünlərdə deyiblər ki, Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına üzvlük üçün 1 milyard dollar ödəyib.

Sizcə, bu şən və çoxbilmiş oğlanlar 1-2 milyonluq söhbət edələr? Əsla! Adlarına layiq rəqəmlərlə xalqı “maarifləndirir”, ictimai rəyi “işıqlandırırlar”. Sadəcə olaraq bir az tələsir qırışmallar. Məsələn, hakimiyyəti istedadla şərləyirlər, amma bunu əsaslandırmaq üçün tutarlı fakt tapmağı “unudurlar”.

Tural Sadıqlı antiterror əməliyyatından öncə “DQR”i dövlət kimi tanımışdı. Demişdi ki, onların ordusu var, dövləti var, Azərbaycan onlara heç nə edə bilməyəcək. Sonra ondan soruşuldu ki, hanı sənin paytaxtın, topun, topxanan? Noldu, Sadıqlı? Bəs deyirdin... Cavab verdi ki, bunları Azərbaycanın mənafeyi naminə deyibmiş. Bax belə oğlandı Sadıqlı Tural...

Eybi yoxdur, olan işdir. Məşədi İbadın sözü olmasın, bir növ adətkardırlar. Bir neçə il öncə Qənimət Zahid Milli Şura üzvləri ilə onlayn söhbətdə demişdi ki, tutarlı fakt tapmayanda hakimiyyəti şərləmək lazımdır. Onun bu sözü sosial şəbəkələrdə sürətlə yayılmışdı. Xalq agah olmuşdu ki, bu cəbhə qəhrəmanı, “Xəqani 33”ün ən diribaş veteran məzunu həqiqətin ortaya çıxması üçün lazım gələrsə şərə, yalana da əl atar və atır! Bəli, Qənimət həqiqətin ortaya çıxması naminə yalan danışa bilən az saylı istedad nümunəsidir.

Yeri gəlmişkən, o məşhur videokonfransda Gültəkin Hacıbəyli, Cəmil Həsənli və s. bu kimi siyasət dahiləri də iştirak edirdi.

Onlar da prinsiplərinə sadiq qalaraq Qənimətə bu təklifinə görə heç nə demədilər. Susaraq ona dəstək verdilər. Orda bir epizod da olmuşdu. Gültəkin əsl ağbirçək ədası ilə cəbhədaşlarını Azərbaycan neftinin 14 dollara qədər ucuzlaşması münasibəti ilə təbrik etmişdi. Buna görə onlardan hədiyyə gözlədiyini söyləmişdi. Cəmil müəllim də demişdi ki, neft ən son həddə qədər ucuzlaşsın, sənə hədiyyə alacam.

Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qayıdaq. Hər bir təşkilat yaradılandan sonra üzvlük üçün pul ödənir. Bu istər regional, yerli təşkilatlar olsun, istərsə də qlobal səviyyədə. Məsələn, nüfuzlu beynəlxalq təşkilatlara üzv ölkələr üzvlük haqqı ödəmir? Əlbəttə ödəyir. Sülh Şurasına gəldikdə, təşkilatın Nizamnaməsində aydın şəkildə yazılıb ki, hər hansı ölkə 3 ildən artıq təsisçi üzv kimi  onun sıralarında qalmaqda davam edərsə, bir çox faktordan asılı olaraq üzvlük haqqı ödəyəcək. Təbii ki üzvlük haqqının miqdarı məsələsində də  ərazi, əhali və digər məsələlər  əsas rol oynayacaq.  İndiki vəziyyətdə isə nəinki hər hansı ödəniş yoxdur, bundan söhbət belə getmir.  Bunu xaricdə əcnəbilərin  qucağına sığınmış “vətənpərvər” dəstənin nümayəndələri üçün yazdıq ki, gələn dəfə badımcan tarlasına gedib girməsinlər. Yalanlarının üstü açılsa, xaricdəki gizli fondlardan aldıqları qonorar azala, bəlkə də kəsilə bilər.

Bu dəstə 2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayandan bəri bir ağızdan söyləyirdilər ki, Azərbaycan dövləti müharibə yolu ilə torpaqları qaytaran deyil. Sonra müharibə başladı. İlk günlər müharibənin çox davam etməyəcəyini bəyan edirdilər. 10 oktyabrda atəşkəs elan olunanda “biz demişdik, gördünüz” sədaları ölkəni başına götürdü. Amma döyüş əməliyyatları başladı və ordumuz işğaldakı əraziləri düşməndən təmizləməyə davam etdi. Bu dəfə nə dedilər? “İki-üç rayonu azad edib, dayanacaqlar. Rusiya imkan verməz çox qabağa gedələr”. Beləcə, Azərbaycan ordusu Şuşanı alana kimi bu tezis və proqnoz dahiləri dil boğaza qoymurdu. 9 noyabrda Əli Kərimli Prezident İlham Əliyevə təşəkkür etdi, ölkə başçısını qazandığı Zəfər münasibəti ilə təbrik etdi.

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən Rusiya sülhməramlı kontingenti Qarabağa gəldi. 1960 nəfərlik hərbi heyəti bu dəstə Rusiya qoşunu kimi ictimai rəyə sırımağa çalışdı. Üstəlik bildirdilər ki, Rusiya Qarabağı işğal etdi. Bu o vaxt idi ki, Azərbaycan xalqı zəfəri bayram edirdi. Bunlar isə alternativ yaratmışdılar: antiqələbə əhvalını bütün ölkə boyu yaymağa çalışdılar. Əsas tezis bu idi ki, Rusiya hərbçiləri Qarabağda 5 ildən artıq qalacaq. Hətta ordan çıxmayacaq. Bu tezis 2024-cü ilin aprel ayına kimi çörəklərinin üstünə yağ çəkdi. Liderləri Əli Kərimli xalqa həşəmətli müraciətlər edirdi. Deyirdi ki, hakimiyyətin vədlərinə inanmayın, Rusiya hərbi kontingentini əbədiyyən Qarabağdan çıxarmayacaq. Eləsi vardı, deyirdi ki, əgər Rusiya sülhməramlıları ölkəni tərk etsə, adını tərsinə yazdıracaq. Bu qədər prinsipialdır bu dəstə üzvləri.

Bir gün Rusiya hərbçiləri Qarabağdan və Azərbaycandan çıxdı. Bunların da yalanı üzə çıxdı. İstedadlı uşaqlardır, sadəcə bəxtləri gətirmir...

Fərəh Abdulla