Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
14 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
719
22.01.2026, 20:32
Xəyalə Rəis: “Radiolarda süni intellekt mahnılarının artması...”
Süni intellekt bir sıra sahələrə sirayət etdiyi kimi, musiqiyə də öz təsirini göstərir. Günümüzün reallığıdır ki, süni intellekt şeir yazır, mahnı bəstələyir, hətta o mahnıları ifa edir də. Bu gün nəinki sosial şəbəkələrdə, Yotube-də, eləcə də efirlərdə, xüsusən də radio dalğalarında süni intellektlə ifa olunan mahnılara, musiqilərə sıx-sıx rast gəlinir. Radioada aparıcı elan edir ki, süni intellekt ifa edir. Bu cür ifaların təqdim edilməsi isə cəmiyyətdə birmənalı qarşılanmır, ciddi şəkildə tənqid olunur. Sosial şəbəkələrdə tanınmış şəxslər belə ifaların efirlərdə səslənməsinə narazılıqla yanaşır.
Məsələn, yazıçı-dramaturq Elçin Hüseynbəyli öz “Facebook” hesabında bu məsələyə münasibət bildirib: “...Məni, yəqin elə çoxlarımızı narahat edən bir məsələ haqqında danışmaq istəyirəm. Normal mahnıya qulaq asdığın yerdə Yotube süni zəkanın yaratdığı mahnılar paylaşır. Hamısı da zövqsüz, melodiyasız, ağlaşma üslubunda. Cizgi filmləri, reklam çarxları da eləcə. Məni narahat edən gələcəkdir. İndiki uşaqlar süni zəkanın yaratdığı mahnılar, filmlər, rəsmlər, romanlar, şeirlərlər böyüyəcəklər. Yəni bizim öyrəşdiyimiz yüksək sənət əsərlərini cılızları əvəz edəcək və düşüncəmə görə mükəmməl həddə çata bilməyəcək. Məncə yüksək zövqə əsaslanan mədəniyyət, incəsənət əsərlərini saxlamaq istəyiriksə, hansısa məhdudlaşdırıcı proqramlardan istifadə eləmək lazımdır. Əlbəttə, bu, bir ölkədə yox, bütün dünyada tətbir olunmalıdır. Bəlkə mən düz düşünmürəm, amma narahatam...
Süni zəkanın üstün cəhətləri də var və ondan yararlanmaq, şübhəsiz, lazımdır...”
Canlı müğənnilər, musiqiçilər dura-dura süni intellektdə yaradılan quru, saxta, hissiz-duyğusuz mahnılar kimə və nəyə lazımdır? Məqsəd nədir ki, süni intellektin ifasına belə yer verilir? Camaat canlı müğənniyə qulaq asmaq istəyir. Müğənnini qoyub süni intellekti efirə vermək nə deməkdir? Məgər süni intellektlə canlı ifaçı arasında fərqi görmürlər? Bu bizim mədəniyyətimizə, incəsənətimizə, musiqi tariximizə nəsə verirmi? Bu saxta bal kimidir...Hətta elə gözəl xalq mahnılarımızı süni intelektin ifasında təqdim edir ki, mahnının bütün gözəlliyi itir.
“...Təhlükəli tendensiyadır”
Sənətşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis baki-xeber.com-a bildirdi ki, son zamanlar yerli radioların efirində diqqətçəkən bir tendensiya formalaşıb: “Süni intellekt tərəfindən hazırlanmış və ifa edilmiş mahnılar getdikcə daha çox səsləndirilir. Ən maraqlısı isə odur ki, bu mahnılar bəzən canlı ifaçıların, tanınmış müğənnilərin əsərlərini sıxışdıraraq efirə yol tapır. Bu vəziyyət istər-istəməz sual doğurur: doğrudanmı artıq bizə müğənnilərin ifası lazım deyil?
Texnologiyanın inkişafı danılmazdır. Süni intellekt artıq təkcə məlumat analizi və avtomatlaşdırma sahəsində deyil, yaradıcılıq müstəvisində də fəal rol oynayır. Musiqi isə bu prosesin ən həssas və mübahisəli sahələrindən biridir.
Texnologiyanın musiqiyə müdaxiləsi süni intellekt alqoritmləri bu gün melodiyalar yarada, ritm qura, hətta insan səsinə yaxın vokal modelləşdirə bilir. Bir neçə dəqiqə ərzində “tam hazır” mahnı istehsal etmək mümkündür. Bu, texniki baxımdan təsiredici nailiyyətdir və musiqi istehsalında yeni imkanlar açır. Lakin musiqi sadəcə texniki ardıcıllıq deyil. Musiqi-insanın daxili dünyasının səsə çevrilmiş formasıdır. Sevinc, kədər, tərəddüd, ehtiras, yaşanmış həyat-bütün bunlar səsdə öz əksini tapır. Süni intellekt isə bu hissləri yaşamır, onları yalnız təqlid edir. Süni intellektlə yaradılan musiqi daha ucuz başa gəlir, müəllif və ifaçı ilə bağlı hüquqi öhdəliklər yaratmır, tez istehsal olunur. Radiolarda süni intellekt mahnılarının artması tədricən belə bir psixoloji fon yaradır: sanki insan ifaçılığı ikinci plana keçir. Bu isə xüsusilə gənc müğənnilər və yeni sənət axtarışında olan yaradıcı insanlar üçün təhlükəli tendensiyadır”.
X.Rəisin sözlərinə görə, heç bir alqoritm müğənninin səsindəki həyat izlərini tam şəkildə verə bilməz: “Dinləyici bunu hiss edir, bəzən şüurlu, bəzən şüuraltı səviyyədə. Radio sadəcə musiqi səsləndirən texniki platforma deyil. Radio ictimai zövq formalaşdırır, musiqi mədəniyyətinə istiqamət verir. Bu baxımdan, efirdə hansı musiqinin üstünlük təşkil etməsi təsadüfi seçim olmamalıdır. Süni intellekt musiqisi maraqlı eksperiment kimi, yenilik olaraq yer ala bilər. Amma bu, canlı sənətin alternativi kimi təqdim olunmamalıdır. Əks halda, musiqi sənayesi tədricən ruhunu itirə bilər.
Süni intellekt aranjiman, texniki dəstək, ideya müxtəlifliyi yarada bilər, amma əsas söz yenə də insana məxsus olmalıdır. Radiolarda süni intellekt mahnılarının artması zamanın çağırışıdır. Lakin bu çağırış sənətkarın səsini susdurmamalıdır. Musiqi- yalnız səslər toplusu deyil, mədəni yaddaşdır. Və bu yaddaşı yalnız insan yaşada bilər”.
15:45 / 14 Noyabr 2026
43
15:27 / 14 Noyabr 2026
190
15:25 / 14 Noyabr 2026
81
15:07 / 14 Noyabr 2026
145
15:05 / 14 Noyabr 2026
95
14:44 / 14 Noyabr 2026
121
14:31 / 14 Noyabr 2026
96
14:24 / 14 Noyabr 2026
451
14:19 / 14 Noyabr 2026
100
14:15 / 14 Noyabr 2026
94
14:09 / 14 Noyabr 2026
230
13:50 / 14 Noyabr 2026
2137
13:48 / 14 Noyabr 2026
124
13:16 / 14 Noyabr 2026
120
13:03 / 14 Noyabr 2026
107
12:49 / 14 Noyabr 2026
134
12:25 / 14 Noyabr 2026
125
12:09 / 14 Noyabr 2026
133
11:58 / 14 Noyabr 2026
130
11:50 / 14 Noyabr 2026
118
11:39 / 14 Noyabr 2026
111
11:19 / 14 Noyabr 2026
133
11:09 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.