YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə
02 Oktyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2104
22.01.2026, 19:53
Azərbaycan parlamentinin keçmiş deputatı Əbdülhüseyn Hüseynzadə vəfat edib.
Oxu24.com bildirir ki, bu barədə “Yeni Sabah” özəl mənbələrdən məlumat əldə edib.
Ə.Hüseynzadə uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.
Mərhum Bakıda dəfn olunub.
Qeyd edək ki, sovet və Azərbaycan kimya sənayesi işçisi Əbdülhüseyn Məmməd Cəfər oğlu Hüseynzadə 1943-cü ildə anadan olub. 1973-cü ildə kimya sahəsi üzrə namizədlik dissertasiyası müdafiə edib.
1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 1983-cü ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı (1990-1995) olub.
O, karyerasına 1960-cı illərdə Vladimir İliç adına Yeni Bakı Neft Emalı Zavodunda operator kimi başlayıb, daha sonra həmin zavodda 23 nömrəli Neft Emalı Qurğusunun baş operatoru vəzifəsində çalışıb. Operator kimi yüksək məhsuldarlığa nail olub, rasionalizator təklifləri verib və planlaşdırılan hədəflərə vaxtından əvvəl çatıb və buna görə Lenin ordeni ilə təltif edilib.
1982-ci ildən Azərbaycan SSR Neft Emalı və Neft-Kimya Sənayesi Nazirliyinin (sonradan Azneftexim İstehsalat Birliyi) Vladimir İliç adına Yeni Bakı Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.
1990-cı ildə Bakıdakı 59 saylı Babək Seçki Dairəsindən 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 9 fevral 1991-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması komissiyasına üzv təyin edilib.
1992-ci ilin oktyabrında o, Yeni Bakı Neft Emalı Zavodunun (Heydər Əliyev adına Neft Emalı Zavodu) direktoru vəzifəsindən azad edilib.
1992-ci ilin noyabrında Azərbaycan Baş Prokurorluğu araşdırmaya başlayıb və nəticədə məlum olub ki, Ə.Hüseynzadə 1992-ci ilin oktyabrında xaricə səfərdə olarkən əvvəllər direktor vəzifəsində çalışdığı müəssisəyə məxsus sənədləri saxtalaşdırıb və xarici hesabda saxlanılan dövlət vəsaitlərini mənimsəməyə cəhd edib. 1992-ci ildə noyabrın 25-də Ali Sovet Əbdülhüseyn Hüseynzadənin deputat toxunulmazlığından məhrum edilməsi və həbsinə razılıq verilməsi məsləsinə baxıb.
İclasda xalq deputatı Əbdülhüseyn Məmməd Cəfər oğlu Hüseynzadənin cinayət məsuliyyətinə cəlb edilməsinə və həbs edilməsinə razılıq verilməsi haqqında qərar qəbul olunub. Qərarı Ali Sovetin sədri İsa Qəmbər imzalayıb və qüvvəyə minib.
Ə.Hüseynzadə bir müddət sonra azadlığa buraxılıb.
Prezident İlham Əliyevin 2017-ci il noyabrın 7-də imzaladığı sərəncam ilə Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyət göstər görə Ə.Hüseynzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Əbdülhüseyn Hüseynzadə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin atasıdır.
19:39 / 02 Oktyabr 2026
35
19:36 / 02 Oktyabr 2026
7
19:29 / 02 Oktyabr 2026
45
19:27 / 02 Oktyabr 2026
43
19:22 / 02 Oktyabr 2026
45
19:08 / 02 Oktyabr 2026
81
19:00 / 02 Oktyabr 2026
53
18:59 / 02 Oktyabr 2026
66
18:42 / 02 Oktyabr 2026
53
18:39 / 02 Oktyabr 2026
68
18:36 / 02 Oktyabr 2026
55
18:25 / 02 Oktyabr 2026
98
18:10 / 02 Oktyabr 2026
142
18:10 / 02 Oktyabr 2026
519
17:59 / 02 Oktyabr 2026
62
17:57 / 02 Oktyabr 2026
79
17:50 / 02 Oktyabr 2026
94
17:36 / 02 Oktyabr 2026
67
17:05 / 02 Oktyabr 2026
386
16:56 / 02 Oktyabr 2026
77
16:39 / 02 Oktyabr 2026
508
16:34 / 02 Oktyabr 2026
74
16:21 / 02 Oktyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.