Qaynar xətt:

(+99450) 247 90 86

"AMEA-da elmi katib olsaydım, elə mən də rəhbərimə çətir tutardım "   —    Əntiqə Rəşid  həmin "zontik"dən YAZIR 

\"AMEA-da elmi katib olsaydım, elə mən də  rəhbərimə çətir tutardım \"   —    Əntiqə Rəşid  həmin \"zontik\"dən YAZIR 

CƏMİYYƏT

2283

22.01.2026, 13:19

Kimin belə “kalan” müdiri olsa, ona “çətir” tutmaz?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən,  jurnalistlərin “iti göz”ünə tuş gəlib. Demirlər  ki, 77 yaşlı  kişi, evindən çıxıb, canına əziyyət verib, maşınına minib, gəlib “Şəhidlər  Xiyabanı”na, başının üstündə də “zontik”.

Jurnalistləri də anlamaq olmur eee,  akademikin bu böyük “xidməti”ni bir tərəfə qoyub keçiblər  ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutmasını  açıb-ağartmağa. Yəni,  o boyda kişi qalıb kənarda,  kameranı zilləyiblər “zontik” tutanın üstünə. Jurnalistlərin  “kamera zilləmə” taktikası da təsirsiz ötüşməyib. 2 gündür,  sosial şəbəkələrin Azərbaycan seqmenti bu “zontik”i müzakirə edir. 

Haqlı olaraq, akademik də açıqlama verib ki, heç mənim ömrümdə  çətirim olmayıb. Dedik,  elm adamıdır də ola bilər çətiri olmayıb, imkansızlığından dolayı...

Bu açıqlamadan sonra kameraların “iti gözü” çətir tutanı axtardı. Məlum oldu ki,   Həbibbəyliyə çətir tutan AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O uzun müddət Akademiyanın vitse-prezidentinin xidmətində çalışıb. Gənc kadrdır.

 “Çətir” söhbətini qoyaq kənara, sizə bir  xəbər verim. Hələ 2020-ci ildə araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin III və IV-cü çağırış deputatı İsa Həbibbəyliyə  və qardaşlarına məxsus şirkətlərin adlarını açıqlamışdı . 

Yazırdı:  1. “AVTO” MÜƏSSİSƏSİ (VOEN 1400127451) 1996-cı il iyunun 11-də qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi İsa Həbibbəylinin qardaşı Səməd Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 10-dur.

2. BOLLUQ-99 KƏNDLİ FERMER TƏSƏRRÜFATI (VOEN 0700185691) 28 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Şərur rayonu, Xanlıqlar kəndidir. Təsisçisi və qanuni təmsiçisi İsa Həbibbəylinin qardaşı Həbib Əkbər oğlu Həbibbəylidir.

3. “GƏMİQAYA-XXI” FİRMASI 05 iyul 2000-ci ildə İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəylinin adına qeydiyyatdan keçib.

4. SÜHA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 27 fevral 2008-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 44, mənzil 35, qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir.

4. “SÜRMELİ İNŞAAT SANAYİİ VE TİCARET LİMİTED” ŞİRKƏTİNİN BAKI FİLİALI Əli Həbibbəyliyə məxsus “Süha” MMC ilə etni ünvanda qeydiyyatdadır. Qanuni təmsilçisi Mehmet Sürmeli Kiyasdır. Şirkət Türkiyədə, Malatya şəhərində inşaat sektorunda fəaliyyət göstərir.

5. ŞƏRUR-2006 MƏHDUD MƏHSULİYYƏTLİ 2006-cı ilin iyunun 1-də 141500.00 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Şərur rayonu, Danyeri kəndidir.

Xatırlatma: İsa Həbibbəylinin oğlu Ərəstü Həbiblənin də şirkəti var. Onun təsis etdiyi ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçib. Şirkət üzərindən deputatın oğlunun Türkiyədə alüminium profillər istehsal edən fabriki var.

Onun  digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub. (Babalı Cavanşir Həsənlinin boynuna)

Dünən, Respublika Prokurorluğunun sabiq baş müstəntiqi Müşviq Abbasov sosial şəbəkə hesabında  yazıb ki,  Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında “Karvan” restoranı var. Həmin restoran da bu kişinindir. 

İndi belə bir  “kalan” kişiyə çətir tutmaq niyə tənqid və müzakirə edilsin ki? Əksinə elmi katib Coşqun Məmmədov haqqın yolunu tapıb, bu alqışlanmalıdır. AMEA-da elmi katib olsaydım, elə mən də  rəhbərimə “çətir” tutardım.

 Yeri gəlmişkən, Ramiz Mehdiyevin   “qılıncının dalı da, qabağı da kəsəndə”  İsa müəllim məsumcasına onun xəyanətkar olduğunu bilməyib. Hətta tədbirlərdə bu tip çıxışlar da edirmiş:

“Azərbaycanın müstəqillik dövrünü dövlətçilik istiqamətində və elm sahəsində bacarıqla təmsil edən akademik Ramiz Mehdiyev bu gün də çoxcəhətli elmi və siyasi-ideoloji fəaliyyət yollarında özünün şərəfli və məsuliyyətli missiyasını böyük uğurla davam etdirir. Akademik Ramiz Mehdiyevin siyasi portreti şəxsiyyətinin bütövlüyü, dövlətçilik ideallarına dərin sədaqəti, taleyüklü həlledici məsələlərdəki prinsipial mövqeyi, müdrik qərarlar qəbul etmək istedadı və xeyirxahlığı ilə səciyyələnir. Dərin və möhkəm mənəvi keyfiyyətlər onun siyasi xarakterini tamamlayır və möhkəmləndirir”.

Elə ki, Mehdiyevin əlində qılıncı düşdü,  dərhal Həbibəyli onu AMEA həqiqi üzvlüyündən xaric edilməsi məsələsini gündəmə çıxartdı,  AMEA binasından fotosunu çıxarıb atdı.

 İndi belə bir  “kalan” kişiyə, bacarıqlı rəhbərə, imkanlı elm adamına  çətir tutmaq niyə tənqid və müzakirə edilsin ki? Əksinə elmi katib Coşqun Məmmədov haqqın yolunu tapıb, bu alqışlanmalıdır. AMEA-da elmi katib olsaydım, elə mən də  rəhbərimə çətir tutardım.

Əntiqə Rəşid

Ali təhsilli gənclər ixtisasına uyğun hərbi xidmət keçir — Ordumuzda yeni intellektual model   

15:30 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ali təhsilli gənclər ixtisasına uyğun hərbi xidmət keçir — Ordumuzda yeni intellektual model   

81

0
Süni intellektin tərtib etdiyi pəhrizlər nə dərəcədə təhlükəsizdir? – Dietoloqdan XƏBƏRDARLIQ  

15:12 / 31 İyul 2026

TİBB TİBB

Süni intellektin tərtib etdiyi pəhrizlər nə dərəcədə təhlükəsizdir? – Dietoloqdan XƏBƏRDARLIQ  

76

0
Qan analizində trombositlərin az çıxması nəyin göstəricisidir? — Pediatr-hematoloqdan xəbərdarlıq  

15:10 / 31 İyul 2026

TİBB TİBB

Qan analizində trombositlərin az çıxması nəyin göstəricisidir? — Pediatr-hematoloqdan xəbərdarlıq  

97

0
Məhəllədə sürülməyən maşına texniki baxış cəriməsi yazıla bilər? – Ekspertdən VACİB AÇIQLAMA  

14:55 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məhəllədə sürülməyən maşına texniki baxış cəriməsi yazıla bilər? – Ekspertdən VACİB AÇIQLAMA  

89

0
Skoliozu evdə təyin etmək mümkündürmü? – Mütəxəssisdən VALİDEYNLƏRƏ MÜHÜM XƏBƏRDARLIQ  

14:30 / 31 İyul 2026

TİBB TİBB

Skoliozu evdə təyin etmək mümkündürmü? – Mütəxəssisdən VALİDEYNLƏRƏ MÜHÜM XƏBƏRDARLIQ  

83

0
Xalq artisti Aleksandr Şarovski əməliyyat olunub

14:29 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xalq artisti Aleksandr Şarovski əməliyyat olunub

97

0
Dartınma tirindən sallanmaq bel ağrısına xeyirdir, yoxsa zərər?   

14:12 / 31 İyul 2026

TİBB TİBB

Dartınma tirindən sallanmaq bel ağrısına xeyirdir, yoxsa zərər?   

95

0
Kəmərvari ağrıların müəmmalı səbəbi: Herpes virusu sinirləri necə zədələyir? – Alqoloqdan XƏBƏRDARLIQ  

13:53 / 31 İyul 2026

TİBB TİBB

Kəmərvari ağrıların müəmmalı səbəbi: Herpes virusu sinirləri necə zədələyir? – Alqoloqdan XƏBƏRDARLIQ  

97

0
Azərbaycan əlifbası və Azərbaycan dili gününün tarixi əhəmiyyəti  

13:35 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan əlifbası və Azərbaycan dili gününün tarixi əhəmiyyəti  

94

0
Maşınını həyətdə yuyanlar cərimə olunacaq? 

13:25 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Maşınını həyətdə yuyanlar cərimə olunacaq? 

105

0
"Bu iynələrdən uzaq durun" - Xoşqədəm 

13:12 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Bu iynələrdən uzaq durun" - Xoşqədəm 

120

0
Valyuta hərraclarının keçirilməməsinin səbəbi AÇIQLANDI 

13:07 / 31 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Valyuta hərraclarının keçirilməməsinin səbəbi AÇIQLANDI 

81

0