Qaynar xətt:

(+99450) 247 90 86

ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib  

ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib  

CƏMİYYƏT

691

21.01.2026, 10:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Türkiyə, Fransa, İtaliya və Avstriyada 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. 

Türkiyənin Yalova şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Yalova Universitetinin Türk Dünyası Klubu ilə əməkdaşlıq çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş panel müzakirəsi və foto-sərgi keçirilib.

Tədbir zamanı Türkiyədə təhsil alan azərbaycanlı gənclərlə 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub.

Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunduğundan danışılıb.

O cümlədən, vurğulanıb ki, hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq açıq şəkildə sovet rəhbərliyini günahlandırdı, Azərbaycan xalqına qarşı həyata keçirilən terroru ifşa etdi. Bu qətiyyətli addım, eyni zamanda, faciəyə verilən ilk siyasi qiymət idi. Daha sonra isə iştirakçılar Qanlı Yanvar hadisələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar. 

Avstriyanın Vyana şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Avstriya Respublikası və Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli qeyd edib ki, üzərindən neçə il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir.

Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 8 noyabr tarixində torpaqlarımızın hərbi işğalına son qoyması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Eləcə də Avstriyada təhsil alan azərbaycanlı gənclərlə faciənin tarixi əhəmiyyəti, beynəlxalq hüquq kontekstində qiymətləndirilməsi barədə müzakirələr aparılıb.

20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir Fransanın Paris şəhərində keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet hərbi birləşmələrinin Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz və qətliamdan danışıb. O bildirib ki, Azərbaycan tarixinin faciəvi, eyni zamanda, şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinin xalqımızın müstəqilliyə nail olmaq əzmini daha da gücləndirib. Daha sonra Fransada yaşayan azərbaycanlı gənclərlə 20 Yanvar hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi və tarixi həqiqətlərin təbliği məsələləri müzakirə olunub.

Digər xəbərlər

Prezidentin  qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: Ana xətt dəyişməz qalır

20:42 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin  qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: Ana xətt dəyişməz qalır

10

0
Bu xanıma Mərkəzi Bankda vəzifə verildi 

20:40 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu xanıma Mərkəzi Bankda vəzifə verildi 

15

0
Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

20:28 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

33

0
medialiteracy-media-gov
"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

20:24 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

24

0
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO

20:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO

46

0
"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

20:16 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

43

0
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

20:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

46

0
"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

19:59 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

45

0
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

19:57 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

128

0
YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

19:47 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

67

0
"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

19:39 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

86

0