Qaynar xətt:

(+99450) 247 90 86

Leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Leysan yağacaq, dolu düşəcək - PROQNOZ

CƏMİYYƏT

1208

29.06.2019, 13:37

\"\"  Bakıda və Abşeron yarımadasında iyunun 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu24.com-a  verilən xəbərə görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 20-23° isti, gündüz  24-27°, Bakıda gecə 20-22° isti, gündüz  25-27°  isti təşkil edəcək.
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti,  gündüz  18-23°  isti təşkil edəcək.