Martın 3-ü ilə bağlı XƏBƏRDARLIQ: Qar yağacaq,-8 dərəcə şaxta olacaq
02 Mart 2026, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
809
20.01.2026, 11:28
Sovet ordusu 1990-cı ilin 19 yanvarından 20 yanvara keçən gecə Azərbaycanın paytaxtında və bir sıra rayonlarında azadlıq və müstəqillik tələb edən insanlara qarşı qırğınlar, faciələr törətdilər. 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdüyü deyilsədə itkinin çox olduğunu şahidlər hər açıqlamasında bildirirdi.
Oxu24.com bildirir ki, Bakıda həyata keçirilən bu qırğın ssenarisi tam 1 il sonra azadlıq, müstəqillik tələb edən latviyalılara qarşı başlandı. Tarixə “Barrikada Hərəkatı ” adı ilə düşən bu hadisə Riqa şəhərində başladı. Latışlar dövlət binalarının ələ keçməməsi üçün bütün dövlət binalarının qarşısında barrikadalar qurmuşdular.
2 yanvar 1991-ci ildə Latviyada sovet hökümətinin yaratdığı OMON (Latviyaya hücum etmiş OMON, (Sovet xüsusi təyinatlı qüvvələrinin rus dilindəki adının qısaltmasıdır – Отряд Милиции Особого Назначения və ya Xüsusi Təyinatlı Milis Bölməsi)) döyüşçüləri müstəqillik tərəfdarı kütləvi informasiya vasitələrini nəzarətə götürməyə çalışaraq “Mətbuat Evi”ni tamamilə ələ keçirdilər.
7 yanvarda SSRİ Müdafiə Naziri Sovet Ordusunu səfərbər edərək Baltikyanı ölkələrə, həmçinin Gürcüstana, Ermənistana, Moldovaya və Ukraynaya hava-desant qoşunları bölməsinin göndərilməsi barədə əmr verdi. 10 yanvarda M.Qorbaçov Litvadan Ali Sovetinin qəbul etdiyi müstəqilliklə bağlı aktları ləğv etməsini tələb etdi.
Riqada xalq cəbhəsi mitinqi sovet hökümətinə bağlı Latviya hökumətinin istefasını tələb etdi. Xalqın hökumət binasına girmək cəhdi milis tərəfindən dayandırıldı. 11 yanvarda Litvada odlu silah və göz yaşardıcı qazdan istifadə etməklə bir sıra hücumlar baş verdi, xəsarət alanlar oldu.
Həmçinin oxuyun
14 yanvarda Brasa körpüsündə OMON maşınlara Molotov kokteyli atdı və axşam Vecmilqravidə daha bir OMON hücumu baş verdi. Gün ərzində 17 maşın yandırıldı.
15 yanvar gecəsi Minsk Ali Milis Məktəbinin Riqa filialına Zeļļu küçəsində OMON hücumu baş verdi, kursantlar döyüldü və silahlar oğurlandı. Riqada xalq cəbhəsi tərəfindən yaradılan Ümumlatiya Xilaskarlıq Komitəsi Ordu İdman Klubunun (ASK) stadionunda toplaşaraq hakimiyyəti ələ keçirildiyini elan etdi.
Xalq cəbhəsinin bu elanından sonra, vəziyyət gərginləşdi, sovet hökumətini ifadə edən silahlı qüvvələrlə, latış xalqını ifadə edən silahlı qüvvələr arasında vəziyyət daha da gərginləşdi. Yanvarın 16-a qədər OMON bir sıra dövlət binalarını ələ keçirdilər, amma əsas güc strukturu olan DİN-ni xalq cəbhəsinin üzvləri qoruyurdu. Yanvarın 16-dan başlayaraq OMON xalqın gözünü qorxutmaq üçün insanlara atəş açdılar. Yanvarın 19-da Vetsmilqravis körpüsündə baş verən bir hücümun nəticəsində Latviya Nəqliyyat Nazirliyində işləyən sürücü Roberts Murnieks güllələndi və gətirildiyi 1 nömrəli Riqa hospitalında həlak oldu. Bu hadisə latışlara ağır təsir etdi və barrikadalar hərəkatı zamanı ilk qurbanı Roberts Murnieksin yas mərasimi siyasi aksiyaya çevirildi.Həmin gecə beş könüllü müdafiəçi OMON tərəfindən saxlanıldı və döyüldü.
Bütün bunların fonunda artıq latış xalqı səbr edə bilmədi və yanvarın 20-də meydanlarda haqlarını tələb etməyə başladılar. Həmin gün Barrikadalar Hərəkatına, daha dəqiq, müstəqillik tələb edən latış xalqına qarşı OMON və naməlum qruplar tərəfindən qırğınlar həyata keçirildi. OMON və naməlum silahlı qruplar Latviya Daxili İşlər Nazirliyinə hücum etdi. Onların İntensiv atəşləri nəticəsində şəhərini müdafiə edən müdafiəçilərdən 8 nəfər yaralandı, 5 nəfər isə həyatını itirdi. Yuris Podnieks TV-nin operatorları olan Andris Slapinş və Qvide Zvayqzne, milis baş məntəqə inspektoru Sergey Konanenko və məktəbli Edi Riekstinş, milis leytenantı Vladimir Qomonoviçin ölümü xalqı daha sıx birləşdirdi.Bu birliyin qarşısında OMON və silahlı diğər qruplar Latviyanı tərk etdilər.
Sual verə bilərsiniz ki, necə oldu ki, sovet hakimiyyəti Bakıya dişinə qədər silahlanmış , ağır texnikalara malik “qızıl ordu”nun “cəllad” qrupunu göndərir, Riqaya hücuma isə sadəcə, ölkədə yaratdığı OMON-u göndərir ? Məlumunuz olsun ki, sovet- rus rejimi Azərbaycanda törətdiyi qırğını heç bir xaçpərəst ölkədə keçirməzdi.2-cisi isə Bakıya gətirilən ordunun daxilində ermənilər daha çox idi ki, onlar da Azərbaycanda qisas almağı qarşılarına məqsəd qoymuşdular. Buna baxmayaraq bu qanlı 20 yanvar Latviya xalqının tarixində elə “qanlı 20 yanvar” kimi qaldı.
Əntiqə Rəşid
13:04 / 02 Mart 2026
5
12:54 / 02 Mart 2026
20
12:46 / 02 Mart 2026
61
12:42 / 02 Mart 2026
358
12:30 / 02 Mart 2026
57
12:27 / 02 Mart 2026
44
12:19 / 02 Mart 2026
284
12:14 / 02 Mart 2026
41
12:06 / 02 Mart 2026
118
12:00 / 02 Mart 2026
36
11:43 / 02 Mart 2026
716
11:38 / 02 Mart 2026
41
11:30 / 02 Mart 2026
243
11:12 / 02 Mart 2026
526
10:56 / 02 Mart 2026
53
10:50 / 02 Mart 2026
151
10:47 / 02 Mart 2026
65
10:40 / 02 Mart 2026
56
10:28 / 02 Mart 2026
1151
10:23 / 02 Mart 2026
280
10:17 / 02 Mart 2026
56
10:14 / 02 Mart 2026
75
10:12 / 02 Mart 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.