Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
726
20.01.2026, 11:25
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə qar yağır, bəzi yerlərdə qarın hündürlüyü 85 sm-ə çatır.
Oxu24.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Bildirilib ki, yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə (Zaqatala) 42, Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada 25, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23, Xızıda 20, Quba, Xankəndi və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3, Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 86 (aylıq normanın 90 %-i), Astarada 69 (aylıq normanın 70 %-i), Cəlilabadda 49 (aylıq normanın 77 %-i), Beyləqanda 25, İmişlidə 13, Yevlaxda 10, Saatlı və Sabirabadda 5, Kürdəmir və Biləsuvarda 4, Cəbrayıl, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Neftçalada 2, Ağsu, Xaçmaz və Naftalanda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal küləyi əsir, küləyin maksimal sürəti Salyan və Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənir.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Qəbələ, Xaltan, Oğuz, Qusar, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Aran rayonlarında 1, Naxçıvan MR-da 13, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınıb.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.