Qaynar xətt:

(+99450) 247 90 86

İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət!

İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət!

CƏMİYYƏT

595

19.01.2026, 19:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

36 il bundan öncə törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir. Azərbaycan xalqının yaddaşına Qanlı Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik,bərabərlik, fəxr və şərəf günüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi nəticəsində beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.  Həmin tarixdə öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə cinayət törədilib.

Sovet qoşunlarının təcavüzü nəticəsində yaşından, cinsindən və milliyyətindən asılı olmayaraq, 147 silahsız mülki şəxs amansızcasına qətlə yetirilib, 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə insan itkin düşmüşdür. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu Öndərin Moskvada səslənən etirazını bütün Azərbaycan xalqı eşitdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. O illərdə hakimiyyətdə olanların cəsarətsizliyi və xəyanətinin nəticəsi kimi az qala bu faciə də unudulurdu, onu törədən cinayətkarlar da. Xalqın taleyi üçün məsuliyyət daşımalı olan kəslərin bu cür biganəliyinə xəyanətdən başqa bir ad vermək olmazdı. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

"20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Bu gün, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin daim uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

20:28 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

64

0
"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

20:24 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

58

0
DTX  xəbərdarlıq etdi - VİDEO

20:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX  xəbərdarlıq etdi - VİDEO

202

0
"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

20:16 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

57

0
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

20:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

60

0
"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

19:59 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

60

0
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

19:57 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

162

0
YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

19:47 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

79

0
"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

19:39 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

97

0
İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

19:36 / 02 Oktyabr 2026

DÜNYA DÜNYA

İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

93

0
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı

19:29 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı

79

0
Yenidən Mərkəzi Aparatın rəhbəri seçildi 

19:27 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yenidən Mərkəzi Aparatın rəhbəri seçildi 

76

0