Bəşəriyyət tezliklə ərzaqsız qala bilər - həyəcan verici PROQNOZ
31 İyul 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
863
19.01.2026, 19:25
"Müasir pedaqoji yanaşmalar kontekstində KSQ (Kiçik Summativ Qiymətləndirmə) və BSQ (Böyük Summativ Qiymətləndirmə) ətrafındakı müzakirələrə münasibətim birmənalı deyil. Bu məsələ həm ölçmə-qiymətləndirmənin zəruriliyi, həm də şagird psixologiyasının qorunması arasında incə bir balans tələb edir".
Bu fikirləri Redaktor.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov KSQ və BSQ-lərin ləğvi ilə bağlı təkliflərdən danışarkən bildirdi.
Onun sözlərinə görə, qiymətləndirmə ləğv edilməli deyil, forması dəyişməlidir:
"Təhsildə qiymətləndirmə olmadan keçinmək mümkün deyil. Şagirdin bilik səviyyəsini, tədris olunan cari biliklərin qiymətləndirilməsi aparılmadan növbəti mərhələyə keçmək mümkünsüzdür. Çünki biliklər sistem və zəncirdir. Lakin ədalət baxımından yanaşsaq valideynlərimizin streslə bağlı şikayətləri tamamilə əsaslıdır. Bizim əsas problemimiz summativlərin şagird üçün sadəcə rəqəm xatirinə yarışa çevrilməsidir. Düşünürəm ki, əgər biz qiymətləndirməni cəza aləti formatından inkişaf göstəricisi formatına keçirsək, bu zaman stres azalacaq. Qiymətləndirmə təhsilin məqsədi deyil, vasitəsi olmalıdır. Digər bir məqam KSQ və BSQ-lərin onların standart test formatında keçirilməsidir və uşaqlarda həyəcan yaratmasının əsas səbəbi də məhz budur. Müasir təhsildə biz formativ qiymətləndirməni ön plana çəkməliyik. Summativləri isə təkcə kağız üzərində testlə deyil, komanda yanaşması, layihə işləri, təqdimatlar, esse və yaradıcı tapşırıqlarla əvəz etsək, bu zaman şagird onu imtahan xofu kimi deyil, öyrəndiyini nümayiş etdirmək fürsəti kimi görər".
Ekspert qeyd etdi ki, son illərdə bir çox fənlər üzrə BSQ-lərin sayı azaldılıb:
"Hesab edirəm ki, ibtidai təhsildə summativ qiymətləndirmə yükü mümkün qədər minimuma endirilməli, əsas diqqət uşaqda öyrənmə həvəsinin qorunmasına yönəlməlidir. Yəni, bu yanaşma ilə biz şagirdə öyrənməyi öyrətmətmiş olacağıq. Daha yuxarı siniflərdə BSQ-lər şagirdi mərkəzləşdirilmiş imtahanlara hazırladığı üçün burada da müəllimlər və eləcə də valideynlər yüksək peşəkarlıq nümayiş etdirməli, prosesi qorxu, həyəcan və yaxşı nəticə əldə etməyəcəkləri təqdirdə cəzalanmaq atmosferindən mümkün qədər uzaq tutmalıdırlar. Məktəb isə summativ nəticələrini şagirdin şəxsiyyətinə verilən qiymət kimi deyil, təlim nəticələrinin analizi kimi təqdim etməlidir. Burada məktəb-valideyn-şagird sinerjisi düzgün qurulmalıdır. Ona görə də KSQ və BSQ-lərin tamamilə ləğvi düşünürəm müzakirə mövzusu ola bilməz. Onlar qiymətləndirmənin alətləri olaraq təhsilin keyfiyyətinə nəzarətin reallaşması üçün önəmlidir. Lakin onların məzmunu sadələşməli, sayı optimallaşdırılmalı və keçirilmə forması müasirləşm
əlidir. Hədəfdə şagirdə imtahan verən nəzəri ilə deyil, öyrənməyi öyrənən, səriştə və bacarıqlara malik, həmçinin dəyərlərə sahiblənmiş gələcək bitkin vətəndaş kimi nəzər və diqqət göstərməliyik".
23:59 / 31 İyul 2026
1
23:36 / 31 İyul 2026
42
23:10 / 31 İyul 2026
55
22:45 / 31 İyul 2026
67
22:32 / 31 İyul 2026
66
22:23 / 31 İyul 2026
65
22:11 / 31 İyul 2026
82
21:50 / 31 İyul 2026
68
21:31 / 31 İyul 2026
67
21:13 / 31 İyul 2026
73
20:56 / 31 İyul 2026
66
20:35 / 31 İyul 2026
93
18:26 / 31 İyul 2026
103
18:07 / 31 İyul 2026
219
17:33 / 31 İyul 2026
123
17:10 / 31 İyul 2026
115
17:07 / 31 İyul 2026
122
16:59 / 31 İyul 2026
136
16:46 / 31 İyul 2026
161
16:36 / 31 İyul 2026
113
16:35 / 31 İyul 2026
125
16:15 / 31 İyul 2026
129
16:01 / 31 İyul 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.