Sabiq nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
788
19.01.2026, 15:05
Yazıçı Şərif Ağayarın sosial şəbəkələrdə muğam sənəti və xanəndələr haqqında səsləndirdiyi sərt fikirlər, eləcə də görkəmli sənətkar Rəşid Behbudovu tənqid etməsi cəmiyyətdə ciddi rezonans doğurub.
Məsələ ilə bağlı tanınmış kinorejissor Elşən Zeynallı Oxu24.com-a açıqlama verərək Şərif Ağayarın mövqeyini kəskin tənqid edib.
Rejissor bildirib ki, Şərif Ağayarın paylaşımları tez-tez qarşısına çıxır və bu yazılarda Azərbaycan Yazıçılar Birliyi, son vaxtlarda isə muğam sənəti və milli mədəniyyət davamlı şəkildə aşağılanır:
“Şərif Ağayarın bir neçə romanını, povest və hekayələrini oxumuşam. İddialı yazıçıdır. Ancaq dünya ədəbiyyatı miqyasında özünü görən bir insanın Azərbaycan muğamını və ümumiyyətlə milli mənəvi dəyərlərimizi aşağılamağa çalışması dəhşətlidir. Bu, milli mədəniyyətimizə qarşı terror aktı təsiri bağışlayır.”
Elşən Zeynallı xüsusilə Rəşid Behbudov haqqında səsləndirilən fikirlərin onu sarsıtdığını vurğulayıb:
“Rəşid Behbudov kimi sənətkarı aşağılamaq cəmiyyət üçün çox ağır təsir yaradır. Onun ailəsini yaxından tanıyıram. Qızı Rəşidə xanımı, kürəkəni Kamil bəyi yaxından tanıyıram. Rəşid Behbudovun ruhuna layiq bir ailədir. Kürəkəni Kamil Şahverdi Rəşid Behbudovun sənətini, Azərbaycan incəsənətinin yaşadılması üçün daim çalışan, yüksək mədəni proseslərdə fəal olan insanlardır. Kamil bəyin bu mövzu ilə bağlı fikirlərini oxudum və gördüm ki, bu açıqlamalar ailəyə necə pis təsir edib.”
Rejissor qeyd edib ki, Rəşid Behbudov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyev kimi sənətkarlar Azərbaycan mədəniyyətinin simvollarıdır:
“Bu sənətkarlar Azərbaycan deməkdir. Onları aşağılamaq, əslində Azərbaycan mədəniyyətini, milli kimliyimizi təhqir etməkdir. Bunlar bizim incəsənət bayraqlarımızdır.”
Elşən Zeynallı Şərif Ağayarın mövqeyini kəskin şəkildə qınayaraq onun fikirlərini “xəstə təxəyyülün məhsulu” adlandırıb:“İnsanın daxilində nə qədər qaranlıq olmalıdır ki, bu millətə, bu dövlətə qarşı belə nifrət bəsləsin. Üstəlik, bunları ayıq başla yazmaq daha qorxuludur. Sərxoş insan desən, anlayardın. Amma bu, düşünülmüş şəkildə edilir.”
Rejissor sonda Şərif Ağayara açıq sual ünvanlayıb:
“Mən ona bir sual vermək istəyirəm: hansı millətin nümayəndəsidir? Çünki mənim millətimin nümayəndəsi bu cür fikirlərə sahib ola bilməz. Əgər qəbul etmirsə, dözə bilmirsə, açıq desin. Bu fikirlər heyrət və qəzəbdən doğur.”
Turan Etibaroğlu
18:03 / 14 Noyabr 2026
1
17:18 / 14 Noyabr 2026
118
17:15 / 14 Noyabr 2026
87
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
140
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
276
15:25 / 14 Noyabr 2026
120
15:07 / 14 Noyabr 2026
253
15:05 / 14 Noyabr 2026
132
14:44 / 14 Noyabr 2026
170
14:31 / 14 Noyabr 2026
121
14:24 / 14 Noyabr 2026
682
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
113
14:09 / 14 Noyabr 2026
271
13:50 / 14 Noyabr 2026
2989
13:48 / 14 Noyabr 2026
146
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
120
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
150
12:09 / 14 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.