Qaynar xətt:

(+99450) 247 90 86

İlham İsmayıl xəstəxanaya yerləşdirildi 

news/2026_01_18/photo_311144_1768747578.webp

CƏMİYYƏT

104

18.01.2026, 18:52

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

Oxu24.com moderator.az-a istinadən xəbər verir ki, uzun müddətdir ürək-damar xəstəliyindən əziyyət çəkən ekspertin səhhətində son günlər müəyyən problemlər yaranıb.

Bu səbəbdən İlham İsmayıl bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Hazırda onun müayinəsi və müalicəsi həkimlərin nəzarəti altında davam etdirilir.