"20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il keçir
19 Mart 2026, 00:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
16.01.2026, 21:24
Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı gözlənilir. Bununla bağlı qanun layihəsinin hazırlanma prosesi gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Milli Məclisin üzvü Vuqaq Bayramov Modern.az-a bildirib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı görülən işlər kifayət qədər intensivləşib:
“Bu istiqamətdə ilkin olaraq qanunvericiliyin yaradılması aparılacaq. Digər tərəfdən isə bununla bağlı yeni mexanizmlərin hazırlanması və özəl pensiya fondları ilə əlaqələndirilməsi əsas istiqamətlərdən biridir. Təbii ki, qanunvericilik bazasının formalaşdırılması çox vacibdir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində bu, ciddi müzakirə olunan mövzudur.
Bu istiqamətdə layihələrin hazırlanması, təqdim olunması və müzakirəsi mümkün olacaq".
Deputat pensiya fondlarının vətəndaşlar üçün paralel seçim imkanı yaratmasını əsas üstünlük kimi qeyd edib:
“Vətəndaş aylıq ödənişlər etməklə özəl pensiya fondunda kapitala malik ola və təqaüd dövründə iki mənbədən pensiya ala bilərlər.
Məsələn, Vətəndaşımız pensiya yaşında dövlət pensiya fondundan 600 manat pensiya alacaqsa, özəl pensiya fonduna yığımlar nəticəsində əlavə olaraq 300 manat ala bilər”.
V.Bayramov qeyd edib ki, eyni zamanda özəl fonddakı kapitaldan daha tez istifadə etmək mümkün olacaq:
“Beynəlxalq təcrübədə də bu var. Özəl hissədə 60 min manat baza formalaşıbsa, onun 20 min manatını daha tez- 50-55 yaşlarından istifadə edə bilər.
Bu baxımdan alternativ fond daha çevikdir və həmin fondlarda kapitala yığım edən vətəndaşlar üçün daha çox imkanlar yaradır”.
Həmçinin oxuyun
İqtisadçı Eyyub Kərimli bildirib ki, özəl pensiya fondları pensiya prosesinə müsbət təsir edən bir sahədir:
“Bu, gələcəkdə təqaüdçülərin pensiyalarına əlavə faizlərin hesablanmasına və artmasına təsir edə bilər. Digər tərəfdən, hər bir vətəndaş istədiyi fondda öz təqaüdünü saxlamaq hüququna malikdir ki, bu da rəqabət yaradır”.
İqtisadçı qeyd edib ki, gələcəkdə bir neçə fond olsa, insanlar daha yaxşı idarə olunan fondla əməkdaşlıq qura bilərlər ki, bu da rəqabət imkanlarını genişləndirir:
“Digər tərəfdən, pensiya artımında dövlətdən asılılıq azalacaq və həmçinin gələcəkdə pensiya kapitalının idarə edilməsində müəyyən imkanlar genişlənəcək.
Qanunvericilik imkan verərsə, özəl pensiya fondu pensiyanı digər təqaüd formalarına da - ailə başçısının itirilməsinə görə və əlilliyə görə olan təqaüdlərə də şamil edilə bilər”.
E.Kərimli vurğulayıb ki, bu işdə müəyyən risklər də mövcuddur:
“Risklər nədən ibarətdir? Birincisi, əhalinin bu fondlara etibarını tam təmin etmək lazımdır. Bilirsiniz ki, bizdə bəzi illər üzrə fəaliyyət göstərən banklar bağlanıb. Ona görə hesab edirəm ki, bu fondların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunmalıdır və yığılan vəsaitlər dövlət tərəfindən sığortalanmalıdır”.
Fondların çoxluğu ölkə iqtisadiyyatına, iqtisadi mühitə və maliyyə mühitinə müsbət təsir göstərəcəkdir,- deyə iqtisadçı əlavə edib.
00:51 / 19 Mart 2026
121
00:32 / 19 Mart 2026
50
00:30 / 19 Mart 2026
91
00:15 / 19 Mart 2026
55
23:55 / 18 Mart 2026
128
23:54 / 18 Mart 2026
53
23:47 / 18 Mart 2026
185
23:41 / 18 Mart 2026
2211
23:40 / 18 Mart 2026
49
23:34 / 18 Mart 2026
55
23:30 / 18 Mart 2026
58
23:24 / 18 Mart 2026
56
23:21 / 18 Mart 2026
179
23:17 / 18 Mart 2026
482
23:10 / 18 Mart 2026
152
23:09 / 18 Mart 2026
1223
22:53 / 18 Mart 2026
353
22:51 / 18 Mart 2026
57
22:42 / 18 Mart 2026
72
22:38 / 18 Mart 2026
110
22:36 / 18 Mart 2026
263
22:34 / 18 Mart 2026
194
22:27 / 18 Mart 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.