Qaynar xətt:

(+99450) 247 90 86

Metroda hansı əl yukləri pulludur? -Rəsmi açıqlama

2025/02/21/1740096424_metro.jpg

CƏMİYYƏT

81

16.01.2026, 17:58

Son günlər bəzi saytlarda metroda müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin tətbiq olunacağına dair məlumat yayılıb. Bu məlumat doğrudurmu və bununla bağlı ödəniş nə qədərdir?

 Oxu24.com xəbər verir ki məsələ ilə bağlı News24.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropolitenində müəyyən ölçülərdə əl yükünün daşınmasına görə bundan sonra və əlavə gediş haqqının ödəniləcəyi ilə bağlı yayılmış informasiyalar təhrif edilərək təqdim olunub. Bu da ictimaiyyət arasında çaşqınlıq yaradıb: "Bakı Metropolitenindən istifadə qaydaları 16 il bundan əvvəl, yəni 2010-cu il oktyabr ayının 19-da Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Həmin qaydalar ikinci maddənin ikinci bəndində aydın şəkildə izah edilib. Bildirilib ki, qeyd edilən ölçülərdə olan əl yüklərinin daşınmasına görə gediş haqqı tələb olunur. Yəni bu, nə bugünün, nə dünənin qərarıdır”.

Bəxtiyar Məmmədov onu da bildirib ki, hətta 2010-cu ildə istifadə qaydaları təsdiq olunmazdan öncə də, müəyyən normalar haqqında məlumatlar olub: “Bakı Metropolitinin fəaliyyəti dövründə nəinki hər hansı bir ölçülərə bağlı, eyni zamanda ölçülərə uyğun olaraq Bakı Metropolitində daşınması qadağan olan əl yükləri ilə bağlı məlumatlarda da tanış olmaq mümkündür".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il oktyabrın 19-da təsdiqlədiyi qərarın 2.2. bəndinə əsasən sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.