Azərbaycanda mənzillər bir ildə 8,4 faiz bahalaşıb
14 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1176
16.01.2026, 13:32
Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransdakı çıxış edib. O çıxışında bildirib ki, siqhlərin yaşadıqları saysız-hesabsız vəhşilikləri və hüquq pozuntularını sözlərlə ifadə edə bilmərik:”Siqhlərə qarşı ağrılı, təcili və çox vaxt nəzərə alınmayan irqçilik və zorakılıq məsələsi hər zaman gündəmdə saxlanılmalıdır”.
Abbas Abbasovun haqqında kədər və həyəcanla danışdığı və cəmiyyətimizə tanış olmayan siqhlər kimdir.
Oxu24.com xəbər verir ki, siqhlər “Siqhizm”adlı dini cərəyan altında ibadət edən dini bir qrupdur və bu qrupda müxtəlif xalqlar birləşib. Yəni, dini qrup puştu , brahui , teluqu , marati , assam , tamil , hindi , sindhi , benqal və digər dillərdə danışan insanları əhatə edir .
Dünyada təxminən 25-30 milyon siqh var ki, onun da 20,8-22 milyonu Hindistanda yaşayır. Ölkənin dördüncü ən böyük dini qrupunu təşkil edən siqhlər xüsusən Pəncab əyalətində sıx məskunlaşıblar.
Mənbələrdə bildirilir ki, Sikhizm ilk dəfə 1504-cü ildə Benqaliyada ortaya çıxıb. Quru Nanak adlı hindli Benqaliyaya səfər edərkən burada Qurdvaralar ( ibadət zalları (təxminən kilsə, məscid məzmununda) qurduqdan sonra yayılıb. Ona görə də Siqhizm dininin qurucusu Quru Nanak hesab olunur. Həm də ölənə qədər kənd-kənd gəzərək, getdiyi hər yerdə “Tanrılar” anlayışını pisləyən Nanak, yalnız bir Tanrı olduğu fikrini təbliğ edib.
Siqhizm dininin müqəddəs kitabı isə "Quru Qrant Sahib"dir. 1430 səhifəlik bu kitabda Siqh dininin qurucularından başqa müsəlman və hinduizm qurucularının da kəlamları yer alır. Siqhizim çoxtanrılı dinləri (krişna, buddizm və s. ) qətiyyətlə rədd edir. Bu dinə görə, bütün insanlar bərabər sayılır. Bütün Siqhlərin məğlub etməli və təmizləmələri lazım olan beş şər var. Siqhizimə inanan sihlər əvvəlcə öz içlərindəki bu beş şərin öhdəsindən gəlməlidirlər. Qəzəb, eqo, maddi bağlılıq, hirs və şəhvət məhz həmin beş şər duyğudur.
500 ildən çox yaşı olan Siqhizm dini qrup 1920 -ci ildə rəsmi şəkildə təsdiqlənib və partiya şəklində fəaliyyət göstərib. Beləki, Şiromani Akali Dal ( SAD ) tərcümədə Ali Əbədi Partiya deməkdir və Hindistanın Pəncab əyalətində sağçı Sikh mərkəzli dövlət siyasi partiyası olub.
XX əsrdə dinin təkminləşdirilməsində və yayılmasında isə Tara Sinq adlı hindistanlının böyük rolu olub.
Sinqhərə qarşı münasibət heç vaxt ürəkaçan olmasa da əsasən 1984-cü il 31 oktyabrda baş nazir İndira Qandinin siqh cangüdənləri tərəfindən öldürülməsindən sonra Hindistanda siqhlərə qarşı bir sıra mütəşəkkil qırğınlar baş verdi. Beləki, Hindistanda dini azlıq olan siqhlərə qarşı sistematik və soyqırım hücumları baş verdi. Partiyası liderlərinin rəhbərlik etdiyi və hökumətin dəstəklədiyi “ölüm” dəstələri 30.000-dən çox siqhi öldürdü, siqh qadınlarına təcavüz etdi, yüzlərlə siqh məbədini yandırdı və 300.000-dən çox siqhi didərgin saldı. Didərginlər böyük əksəriyyəti ABŞ-ın Kaliforniyasında “Mərkəzi Vadi” deyilən ərazidəyə sığınıblar.
Hindistanın Xalq Partiyasının (“Bharatiya Canata Parti”) rəhbərlik etdiyi Milli Demokratik Alyansın (MDA) lideri Narendra Modi Hindistanın Baş naziri olan gündən- 2014 -cü ildən bu günə qədər ölkəsinin müsəlman və siqh əhalisinə qarşı radikal münasibət sərgiləyir. Bu səbəbdən də Hindistanda hər iki dini qrupa qarşı dini ayrıseçkilik edilir, onların hüquqları tanınmır, müdafiə olunmur, döyülür, təhqir edilir , evləri yandırılır, iş yerlərindən qovulur, onlara qarşı qırğınlar törədilir.
Əntiqə Rəşid
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.