Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib
02 Oktyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
733
16.01.2026, 08:39
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən "Qurtuluş" Reabilitasiya Mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu, "Psixiatriya yardımı haqqında", "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqin məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.
Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.
Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada qəbul edilib.
Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.
Monitorinq çərçivəsində Ombudsmanın "916" Çağrı Mərkəzinin fəaliyyəti barədə informasiyanı əks etdirən məlumat lövhələrinin mövcudluğu və reabilitasiya keçən şəxslərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzin nümayəndələrinə təqdim edilib.
Qeyd etmək lazımdır ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunması zəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, asılılıqlardan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası üçün vacib olan bu cür mərkəzlər barədə yoxlanılmamış məlumatların yayılmasının da narahatlıq doğurduğu vurğulanmalıdır.
Məsələ Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə tutulur.
Xatırladaq ki, yanvar aynın 9-da tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə müalicə aldığı "Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçmışdı.Yeni Sabah
23:39 / 02 Oktyabr 2026
29
23:31 / 02 Oktyabr 2026
79
23:27 / 02 Oktyabr 2026
32
23:24 / 02 Oktyabr 2026
36
23:22 / 02 Oktyabr 2026
36
23:15 / 02 Oktyabr 2026
38
23:09 / 02 Oktyabr 2026
56
22:57 / 02 Oktyabr 2026
152
22:52 / 02 Oktyabr 2026
51
22:37 / 02 Oktyabr 2026
59
22:28 / 02 Oktyabr 2026
70
22:27 / 02 Oktyabr 2026
60
22:25 / 02 Oktyabr 2026
107
22:23 / 02 Oktyabr 2026
69
22:14 / 02 Oktyabr 2026
68
22:09 / 02 Oktyabr 2026
58
21:56 / 02 Oktyabr 2026
84
21:55 / 02 Oktyabr 2026
918
21:54 / 02 Oktyabr 2026
71
21:52 / 02 Oktyabr 2026
65
21:43 / 02 Oktyabr 2026
68
21:42 / 02 Oktyabr 2026
59
21:35 / 02 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.