Azərbaycanda mənzillər bir ildə 8,4 faiz bahalaşıb
14 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
822
15.01.2026, 15:28
“İstənilən ölkənin qonşuluğunda olan dövlətdə daxili proseslər, qarşıdurmalar və qeyri-sabitlik yarana bilər. Bu cür hadisələrin qonşu ölkələrə təsirsiz ötüşmədiyi də beynəlxalq praktikada qəbul olunmuş faktdır”.
Bunu Medialoq.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.
O deyib ki, ehtimal olunan risklərə görə illərlə sərhədlər bağlanmalı, iqtisadiyyat zəiflədilməli və insanların sərbəst hərəkət hüququ məhdudlaşdırılmalıdır:
“Belə yanaşma nə hüquqi, nə də məntiqi baxımdan əsaslı sayıla bilər. Məsələn, İranda baş verən daxili qarşıdurmaların müəyyən risklər yarada biləcəyi istisna edilmir, amma bu risk ehtimal xarakteri daşıyır. Dünyada qəbul olunmuş praktika ondan ibarətdir ki, sərhədlər yalnız konkret və kəskin təhlükə yarandıqda, qısa müddətlik bağlanır. Müəyyən tarixdən etibarən kütləvi iğtişaşlar başlayıbsa, vəziyyət stabilləşənədək müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər”.
O qeyd edib ki, beş il ərzində sərhədləri bağlı saxlamaq və bunu mümkün gələcək hadisələrlə əsaslandırmaq güclü arqument deyil:
“Əks halda, Rusiyada müharibə getdiyi bir vaxtda da oxşar məntiq bütün sərhədlərə tətbiq edilməli idi. Əksər ölkələr qonşu dövlətlərdə müharibə və ya iqtisadi böhran olsa belə, sərhədləri tam bağlamır. Çünki iqtisadi əlaqələr, ticarət, insanların gəlirləri və səyahət azadlığı nəzərə alınır. “Beş il sonra İranda hadisələr baş verdi, yaxşı ki, əvvəlcədən bağlamışdıq” yanaşması doğru hesab edilə bilməz. Qərarlar konkret vəziyyətə uyğun, anlıq risklər əsasında verilməlidir. Əgər sərhəddə real insan axını və ya təhlükə yoxdursa, uzunmüddətli bağlanmaların əsaslandırılması çətin görünür”.
19:54 / 14 Noyabr 2026
1
19:50 / 14 Noyabr 2026
27
19:36 / 14 Noyabr 2026
527
19:15 / 14 Noyabr 2026
80
19:12 / 14 Noyabr 2026
86
19:05 / 14 Noyabr 2026
89
18:50 / 14 Noyabr 2026
84
18:43 / 14 Noyabr 2026
101
18:21 / 14 Noyabr 2026
662
18:09 / 14 Noyabr 2026
112
18:06 / 14 Noyabr 2026
480
18:03 / 14 Noyabr 2026
100
17:18 / 14 Noyabr 2026
187
17:15 / 14 Noyabr 2026
116
16:20 / 14 Noyabr 2026
126
16:05 / 14 Noyabr 2026
176
15:45 / 14 Noyabr 2026
133
15:27 / 14 Noyabr 2026
305
15:25 / 14 Noyabr 2026
149
15:07 / 14 Noyabr 2026
302
15:05 / 14 Noyabr 2026
148
14:44 / 14 Noyabr 2026
300
14:31 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.